Evimizi yay üçün hazırlayaq

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 470
Səs ver:
(səs: 0)
Günəş işığını evinizə gətirin!
Sarı və narıncı yayı, günəşi təmsil edən rənglərdir. Yay ruhunu ən çox əks etdirən dekorasiyalarda da sarı və narıncı rənglərdən çox istifadə edin. Əlbəttə, hər yay başlayanda evimizin rəngini başdan-ayağa dəyişdirə bilmərik. Lakin sarı və ya narıncı kreslo örtükləri, aksessuarlar, divar rəsmləri, pərdələr kimi əlavə elementlərlə evimizi yay mövsümünün istiliyinə qovuşdura bilərik.

Yelləncək kefi!
Yay gəldikdə ağıla gələn ilk şeylərdən biri də yelləncəkdir. Yelləncəkdə yellənməkdən daha əyləncəli nə ola bilər ki?! Yayın dadını çıxarmaq üçün evinizə mütləq bir yelləncək almalısınız. Daxili məkanlar üçün hazırlanan müasir yelləncəklər var və qonaq otağında televizor izlərkən, ya da kitab oxuyarkən yavaş-yavaş yellənməyin ləzzətini çıxarın.

Yayı xatırladan aksessuarlar
Sizə isti iqlimlərin və yay mövsümünün müsbət təsirlərini yada salan kiçik aksessuarlar hər zaman işə yarayır. Dəniz balıqqulağı, yayı xatırladan şəkillər, gözəl kaktus bitkiləri və yay mövzulu rəngarəng, isti bəzək-düzəklər evinizin havasını da dəyişdirəcək. Bundan başqa, öz tətil fotolarınızı çərçivəyə salıb divarlara asmaq da həm gözəl xatirələri canlandıracaq, həm də evinizə yay ruhu gətirən qəşəng dekorativ variantlardır.

Miçətkən və yataq pərdələri
Yay mövsümünün əlbəttə, özünəməxsus mənfi tərəfləri də var. Bu mənfiliklərin ən böyüyü də ağcaqanadlardır. Yuxunuza haram qatan ağcaqanad vızıltıları və sancması xüsusilə dəniz sahilinə yaxın yerlərdə çox əsəbi hallar yarada bilər. Bu səbəbdən tüllər, miçətkən və yataq pərdələri də yayda yataq otağımızın ən əhəmiyyətli hissələrindən biri olar. Yatarkən bizi ağcaqanaddan qoruyan bu aksessuarlar eyni zamanda qəşəng və estetik bir görünüş də yaradır.

Eyvanlarınızı hazırlayın
Baharın gəlməsiylə evlərimizdə davamlı istifadə edilən həyat sahələrinə eyvanlarımız da daxildir. Yayda isə eyvan evlərimizin mərkəzi halına gəlir. Geniş bir eyvanınız varsa, manqalınızı, yemək masanızı hazır edin. Çünki ləzzətli manqal qonaqlıqlarına çox az qaldı. Kiçik və dar bir balkonunuz varsa, onu da əyləncəli bir sahəyə çevirmək üçün az yer tutan masa və stullar, rəngli aksessuarlar bəs edər.

Sərinlədici aksessuarlar
Yayın bürkülü isti günlərində ən çox ehtiyac duyacağımız əşyalar ventilyator, kondisioner kimi sərinləndiricilər olacaq. Ancaq bu tərz sərinləşdiricilərin də ən qəşəng və dekorativ olanını seçim etmək istəyirsinizsə, o halda tavan ventilyatoruna üstünlük verin. Müasir tavan ventilyatorları çox asan taxıla bilən və rahat əşyalardandır. Kondisionerin allergik və ya təbii olmayan havasından şikayətlənirsinizsə və ya qonaq otağınızda dekorasiyanı pozan ventilyator istəmirsinizsə, indidən tavan ventilyatorları seçiminə başlayın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri