Evinizdə rahat və dinc dekorasiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 414
Səs ver:
(səs: 0)
Bəziləri üçün dekorasiyanın nə olursa olsun rahatlıq dolu olmasıdır. Siz də onlardan birisinizsə bu rahatlaşdırıcı dekorasiya məsləhətlərindən ilham ala bilərsiniz.

Dekorasiyanın insanlar üzərindəki psixoloji təsirlərindən də faydalana bilərsiniz. Evdə sakitləşmək, dinc anlar keçirmək üçün ən ideal stillərdən biri eklektrik stildir.
Sakit və dinc bir ev üçün ən köməkçi rəng ağdır. Ağın saf və yumşaqlığı bizi qucaqlayaraq sakitləşməmizi təmin edər. Xəstəxanalarda belə böyük nisbətdə ağ istifadə edilməsinin səbəbi budur. Dinc bir ev üçün enerji verən rənglər yerinə sakitlik verən tonlar seçilməlidir. Təbiətin rəngləri də bir başqa köməkçilərimizdir!
Təbiətin üzərimizdəki müsbət təsirini unutmamaq lazımdır. Bu səbəblə təbii vəsaitlərin oldugu, taxtanın bolca istifadə edildiyi, pastel tonlarda bir ev də dinclik təmin edən evlərdəndir. Aksesuarlar ən sona saxlanılmalı və sadəliyin dincliyi yaxalanmalıdır. Aksesuarlarda təbiət mövzulu məhsullar seçə bilərsiniz.
Country və provence kimi stillər də dekorasiya stillərinin ən sakitləşdirici stillərindəndir!Rahatlığı da unutmamaq gərəkdir. Bunun üçün böyük yumşaq, içinə basdırıla biləcəyiniz bir divanı salonunuzun mərkəzinə yerləşdirə bilərsiniz. Evə gəldiyinizdə ən böyük kefiniz və ən dinclik tapdığınız sahələrdən biri bu divan olacaq.

Dinclik verici ən əhəmiyyətli detallardan biri də "işıqdır"! İşığın doğru istifadəsi, işıqlıq bir məkan içinizi rahatladacaq, günə yaxşı başlamanızı təmin edəcək. Mümkün olduğunca işığın evinizə girməsinə köməkçi olun. Qaranlıq bir ev ruhunuzu daralda bilər.
Təbiət, işıqlıq, pastel və krem tonlarla dinc və rahat bir dekorasiya yarada bilərsiniz. Bu dekorasiyalarla axtardığınız dinclik evinizdə olacaq.

/Mənbə:Qadınlar.biz/

 

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri