El igidləri ilə tanınar - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 215
Səs ver:
(səs: 0)
Neçə-neçə igidlər yetişdirib bu torpaq! Babəklər, Koroğluiar, qoç Nəbilər yetişdirib bu torpaq! Hər qılıncı qalxanda yüz-yüz başlar kəsən, hər nərə çəkəndə dağları, daşları pərən-pərən salan cəngavərlər yetişdirib bu torpaq! Qəhrəmanlar yurdu. Odlar diyarı. Azərbaycan torpağı.

Əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kı'mi anılıbiar. Əsr-əsr, qərinə-qərinə hünər meydanlarında qəhrəmanlar silsiləsi yaradan bu torpaq həmin silsiləyə XX əsrin sonlarında saysız-hesabsız yeni qəhrəmanlar əlavə etdi. Mən bu yazımda həmin qəhrəmanlardan biri haqqında danışmaq istəyirəm.

Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ilk qəhrəmanlıq dərsini ailəsində, partizan atasından almışdı. Bu dərs adi dərs deyildi. Müharibədən sonrakı illərdə iş elə gətirmişdi ki, rəsmi dairələr partizan Əhmədiyyəni, onun müqavimət hərəkatındakı mübarizəsini heç bir əsas olmadan şübhə altına alırdılar. Arası kəsilmədən gizli təqiblərə məruz qalan, şəxsiyyətini alçaldan sorğu-suallara tutulan atasının aylar və illərlə davam edən qanıqaralığının səbəbini oğlu Mikayıl körpə yaşlarında hələ başa düşmüşdü. Atası da təbiətən həssas olan Mikayılı iztirablardan kənar saxlayır, onun saf qəlbini qara şübhələrdən qoruyurdu.

Zaman keçdikcə vəziyyət dəyişirdi, yazıların, radio-televiziya verilişlərinin ahəngi başqalaşırdı. Əhmədiyyənin - əfsanəvi «Xarqo»nun şəkilləri ekran və mətbuat səhifələrini bəzədi, şöhrətli yaxın-uzaq ölkələrə yayıldı. Bütün bunlar, eləcə də atasından eşitdiyi ibrətlər Mikayıla çox şey anlatdı. Başlıcası isə o, sadəliyi qədər də böyük olan bir həqiqəti özü üçün kəşf etdi, başa düşdü ki, insan ləyaqəti ən uca, ən ali hissdir, insan canı bahasına da olsa, özünün, ailəsinin, xalqının, vətəninin ləyaqətini qorumalı, onu hər şeydən yüksəkdə tutmalıdır. Məhz bu hiss də Mikayılı Qarabağ cəbhəsinə gətirib çıxartdı.

Mikayılın və onunla cəbhəyə yollanan döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü. Onlar həm Xankəndinin bir neçə kilometrliyində, səfalı dağ döşündə yerləşmiş Cəmilli kəndini düşmənlərdən qorumalı, həm də əhalini aclıqdan xilas etmək üçün buraya qonşu Kosalar kəndindən taxıl gətirməli idilər. Mikayılın dəstəsi Kosaların ətrafında pusquya yatmış sayca dəfələrlə üstün olan erməni yaraqlıları ilə qarşı-qarşıya gəldi. Dəstə bir an da tərəddüd etmədən döyüşə girdi. Dekabr qarının üstünə yaz lalələri kimi al qan çiləndi. Bu döyüşdə Mikayıl qəhrəmanlıq nümunəsi göstərərək öz həyatı bahasına, düşmən atəşini öz üzərinə cəlb etməklə dəstəsini ölümdən xilas etdi. Əfsanəvi partizan ailəsinin igidlik və rəşadət salnaməsinə bir şöhrət səhifəsi də həkk olundu.

Belə qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız Vətən uğrunda canını qurban verən igid övladlarını həmişə yad edir, onları əbədi xatirə kimi qəlbində yaşadır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 215
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri