Fransız dilində artiklların aşağıdakı növləri var:
1) Qeyri - müəyyən artikl,
2) Müəyyən artikl,
3) Birləşmiş artikl,
4) Hissə bildirən artikl.
Artikl köməkçi sözdür.Artikl isimin qarşısında işlədilərək onun cinsini,kəmiyyətini,müəyyənliyini bildirir.Artikl azərbaycan dilinə ayrılıqda tərcümə olunmur,lakin çox vaxt o,tərcümənin ümumi üslubuna təsir edir.