Fransız dili - Hissə bildirən artikl (6. dərs)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 181
Səs ver:
(səs: 0)
Hissə bildirən artiklın aşağıdakı formaları var:
1) DU - bu artikl tək halda olan sayılmayan kişi cinsli isimlərin qarşısında işlədilir.Məsələn:Sur la table il ya du pain- stolun üstündə çörək var.
2) DE LA - bu artikl tək halda olan sayılmayan qadın cinsli isimlərin qarşısında işlədilir.Məsələn: İl demande de la viande - O,ət istəyir.
3) DE L' - bu artikl tək halda olan,sait  və " h " hərfi ilə başlayan sayılmayan həm kişi,həm də qadın cinsli isimlərin qarşısında işlədilir.Məsələn:Donnez - lui de

l'eau! - Ona su verin!.
Hissə bildirən artiklın cəm forması yoxdur.Hissə bildirən artikl maddə bildirən isimlərdən və mücərrəd adlardan əvvəl yerləşərək həmin isimlərin qeyri - müəyyənliyini bildirən köməkçi sözdür.Məsələn:İl achéte de la viande - O,ət alır,il a du courage - o,cəsarətlidir.
Hissə bildirən artikl yalnız sayılmayan isimlərin qarşısında işlədilir.Hissə bildirən artikl sayıla bilən isimlərdən əvvəl işlədildikdə,həmin isimlərin mənasını dəyişir, və onları sayılmayan isimə çevirir.Məsələn: le mouton - qoyun,du mouton - qoyun əti,
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 181
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri