Kiçik diqqət...

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1 965
Səs ver:
(səs: 0)
Yazıçı olmaq istəyirdi. Ancaq bu arzusunu həyata keçirəcəyinə çox az inanırdı.
Çünki ömrü boyu ancaq dörd il məktəbə gedə bilmişdi.
Üstəlik, ailəsi də həmişə səfalət içində yaşamışdı (hətta atası borclarını ödəyə bilmədiyi üçün həbsə də düşmüşdü).

Ən yaxşı tanıdığı şey aclıq idi. Çünki aclığın bütün iztirablarını yaşamışdı.Uzun “mübarizələrdən” sonra tapdığı yeganə iş siçanlarla dolu bir zirzəmidə boya qutularına kağız yapışdırmaq idi.

Hamının ona güləcəyini düşündüyü üçün hekayələrini gecələr göndərirdi.
22 yaşındailk hekayəsini göndərəndə də belə düşünmüşdü. Üstəlik, bu hamısı deyildi. Göndərdiyi bütün hekayələr geri qayıdırdı...

“Meydandan çəkilmək” istəyirdi ki, bir gün bir məktubaldı. Redaktorlardan biri hekayəsini bəyəndiyini yazmışdı. O gün sevincindən nəedəcəyini bilmədi. Saatlarla ağlayaraq küçələri gəzdi.

Madam ki, hekayəsini bəyənən var idi, deməli, artıq yazmaq olardı. Əslində bu “kiçik diqqət” onun həyatını dəyişmişdi. Əgər o gün o məktub gəlməsəydi, bəlkə də, bütün ömrünü siçanlarla dolu ozirzəmidə keçirəcəkdi...

Bəli, bu, məşhur ingilis yazıçısı Çarlz Dikkens idi. Viktoriya dövrünün ən böyük nümayəndəsi qəbul edilən, əsərləri bütün dünya dillərinə çevrilən Çarlz Dikkens”...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri