Sözün qüdrəti

Müəllif: ♡R.X♡
Şərhlər: 12
Baxılıb: 4 163
Səs ver:
(səs: 1)
Gözəl bir gündə dünya işığında məhrum olmuş bir adam dilənçilik edirdi.O,yanında bir lövhə qoymuşdu.Lövhənin üzərində yazılmışdı:"Gözlərim görmür,xahiş edirəm,yardım edin."Hamı dilənçinin qarşısından keçib gedir,çox az adam ona pul verirdi.
Yolla gedən bir yazıçı bunu görür,lövhəni götürür və arxasına nə isə yazır.Bu yazını yazarkən dilənçi yanında kiminsə dayandığını hiss edir və əlini onun ayaqqabılarına vurur.Sonra yazıçı lövhəni çevirərək öz yerinə qoyur ki,hamı onun yazdığını oxusun.Bundan sonra o,öz yoluna davam edir.
Birdən vəziyyət dəyişir.Lövhədəki yazını oxuyan hər kəs dilənçinin qarşısındakı qaba pul atmağa başlayır.
Bir müddət keçir.Yenə həmin yazıçı dilənçinin qarşısında dayanır.Dilənçi əli ilə ayaqqabılarına toxunub onu tanıyır və soruşdu:
-Sən ora nə yazdın?
Yazıçı cavab verir:
-Eynisini yazdım,amma fərqli kəlmələrlə:"Gözəl gündür.Heyif ki,mən bunu görə bilmirəm".
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 4 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri