Mənalı hekayələr - Qaranlığa baxan insan (2) #21

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 1395
Səs ver:
(səs: 1)
Əvvəl sevinirdi (xatirələr gözəl başlayır), sonra kədərlənirdi (səbəb aydındı).

“Qarşınıza qara pişik çıxarkən nə edirsiz?”-DJ-in verdiyi bu sual onu xatirələr aləmindən ayırdı. Heç vaxt etmədiyi bir işi etdi. Dəstəyi qaldırdı və radioya zəng etdi.

- Alo, BestFM-ə xoş gəlmisiz. Özünüzü təqdim edin.

Özünü təqdim etdi. Aydın əvəzinə adının Ayxan olduğunu bildirdi. DJ bir az duruxdu. Səs çox tanış gəlirdi.

- Bəli Ayxan bəy, qara pişik qarşınıza çıxanda nə edirsiz?

- Heç vecimə də almıram.

- Doğurdan?

- Bəli. Heç görürəm ki, qara pişik?

- Siz tərəfdə qara pişik yoxdu?

- Bəlkə də var, amma mən görə bilmirəm, çünki…

- Niyə görə bilmirsiz?

“Çünki, mən koram”-demək istədi, amma deyə bilmədi. Həyatında bir dəfə də bu sözü deməmişdi. Sanki boğulurdu. Kor olduğunu söyləmək, uzun müddət hansısa qızla dostluq etmiş, sonradan ona dəlicəsinə aşiq olmuş oğlanın, həmin qıza “Səni sevirəm!”-deməsinə bərabər dərəcədə çətin idi onunçün. Yenə qulağında DJ-in “Niyə görə bilmirsiz?” sualını eşitdi.Dəstəyi sakitcə yerinə qoydu. Radiodan qudok səsləri eşidildi. Radionu söndürdü. Sevimli kreslosuna oturub, güldü. Əsəbi gülüş idi bu.

Televizorun səsini artırdı. Bayaqkı kino bitmişdi. “Xəbərlər” gedirdi. Bir qrup insan işıq puluna olan borclarına görə işıqlarının kəsilməsinə etiraz aksiyası keçirirdi.

Onun işıqları isə ömürlük keçirilmişdi. “Görəsən, mənim Allaha borcum nə qədərdi?”

Yeniyetməykən oğlanların gözləri, qızların isə qulaqları ilə sevdiyini oxumuşdu.



“Mən heç vaxt sevməyəcəm”-deyirdi özündə. Sonralar o da sevdi. Amma gözləri ilə deyil, bütün qəlbiylə. Sevdiyini isə heç kimə demədi. Sevdiyi qıza da. Heç vaxt deməyəcəyinə də söz verdi özünə. Bu andın nəticəsidə sevdiyi qız - onun sevgisindən bixəbər - başqasına ərə getdi. Toyda o da iştirak etdi, sevindi. Bu toy həyatında ilk və sonuncu toy oldu. Bundan əvvəl heç bir toya çağırılmamışdı, sonralar dəvət olunduğu toylara da özü getmədi. Ən çox sevdiyi qızı – Cahanı belə itirdi. Cahanla birlikdə bütün cahana da marağını itirdi. Cahan isə onun şərəfinə oğlunun adını Aydın qoymuşdu. Bütün bunlar çoxdan olmuşdu. Amma, bu itki hələ də onu yandırırdı.



İllər keçdikcə özünə daha çox qapanırdı. Son zamanlar həmişəkindən daha çox düşünürdü. Efirə də çoxdan idi çıxmırdı. Unudulmuşdu. Saatlarla kreslosundan qalxmayaraq yaşadığı ömrü, illəri, eşitdiyi sözləri, görmədiyi insanları xatırlayır, düşünür, “gördüklərini”analiz edirdi həyatını.

Bu gün də əlində bir stəkan rom, sevimli kreslosunda oturub xatirələri “qurdalayırdı”. Arada romdan bir-iki qurtum udurdu. Çoxdandı dostları zəng etmirdi, bacısından da bir xəbər yox idi.

Küçədə gecə idi. Birdən bütün dünyanın da onun içi kimi qaranlıq olduğunu anladı.

Ani hərəkətlə stolun üstündəki rom şüşəsini başına qaldırdı və içkini ilk dəfə şüşədən içməyə başladı. Acgözlüklə içirdi. Günlərlə səhrada dolaşmış insanın su içərkən göstərdiyi acgözlükdən fərqli idi bu. Şüşənin içində gizlənmiş hansısa xoşbəxtlik damcısını udmaq istəyirdi. Acgözlük və tələskənliklə içdiyindən damcılar ağzının qıraqlarından süzülərək sinəsinə tökülürdü. Xoşbəxtlik damcısı, xoşbəxtlik damcısı… İlahi damcı. Hardasan?

Ən son damcını udduqdan sonra beynində bir boşluq hiss etdi. Yanılmamışdı. Beynində, qəlbində, həyatında böyük bir boşluq var idi. Xoşbəxtlik damcısının doldurmalı olduğu boşluq. Amma bu boşluq bir daha dolmayacaqdı. Gec idi. Onun qərarı artıq verilmişdi. Damcını qaçırdığı an deyil, doğulduğu, bəlkə də doğulmamışdan əvvəl. Çox, çox əvvəl.

Bir neçə gün sonra dostları onu öz otağında, sevimli kreslosunda ölmüş tapdılar. Özünü zəhərləyib, öldürmüşdü. Başı sola doğru əyilmişdi. Sol əli yerə toxunurdu. Sağ əlində gözəl bir qız şəkli vardı. Şəklin arxasında “Cahandan dostu Aydına, Bakı, 1997”-yazılmışdı. Yerdə boş rom şüşəsi və içində iki ədəd siqaret qalmış “Marlboro” qutusu var idi. Stolunun üstündə bir kağız tapdılar. Üzəri mənasız xətlərlə dolu bir kağız. Hərfləri düzgün yaza bilmədiyindən fikirləri, demək istədikləri anlaşılmaz qaldı və heç kəs orada “Mən bu qaranlıq dünyanı sevmədim, dostlar! Vaxt var idi, bu qaranlıq sadəcə gözlərimin önündə idi, indisə mən özüm bütöv bir qaranlığam”-yazılmışdı.

Adi insanların həyatını hər dəqiqə, hər an müşayiət edən işıq onun həyatında bir an belə özünü göstərmədi. Bəlkə də bu dünyada görmədiyi işığı o biri dünyada tapmaq niyyətilə öldürmüşdü özünü.

Son
Or Cuvarli
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1395
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Tesirli heyati var..
22 noyabr 2020 13:46
8
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 334
Xəbər sayı: 0
Bal
Maraqlı idi ama bir oqədərdə kevrək idi
22 oktyabr 2020 14:36
7
Şərh sayı: 6418
Xəbər sayı: 0
Cema_Axodova
Canına qəsd etməsəydi bəlkədə yeri cənnət olardı.ancaq onunçün cəhənnəm olan həyatdan çıxıb real cəhənnəmə getdi
21 oktyabr 2020 13:28
6
p.s
Şərh sayı: 835
Xəbər sayı: 1
guzellik
Insan menasiz hikayet
21 oktyabr 2020 10:54
5
sade semimi merbandan kino medcezir
Şərh sayı: 1465
Xəbər sayı: 0
♡Tək Nur♡
Üzüldüm yenədə maraqlı oldu.
təşəkkür
20 oktyabr 2020 18:46
4
Şərh sayı: 65
Xəbər sayı: 0
forever_love
komek edinnnnnmm
20 oktyabr 2020 18:38
3
Şərh sayı: 1850
Xəbər sayı: 0
♡iLK NUR♡
Maraqlıdır.
Təşəkkürlər
20 oktyabr 2020 18:21
2
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR!
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
Heyfki canina qesd etdi kas her seye ragmen yasayardi
20 oktyabr 2020 15:39
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri