Bir sevgi hekayəsi

Müəllif: Melek5
Şərhlər: 8
Baxılıb: 4 437
Səs ver:
(səs: 3)
Qız:Niyə bunu elədin?
Oğlan:Çünki artıq səni sevmirəm.
Qız:Bu qədər?
Oğlan:Daha nə istəyirsənki?

Qız göz yaşlarını silirdi...davamını oxuya bilmirdi,sevgilisinin dediyi sözlərə inana bilmirdi.. Bütün ömrünü və özünü həsr etdiyi insan.Acı onun urəyini yeyib bitirirdi,boğazı düyünlənmişdi.Heçnə demədən öz otağına çəkildi,ağ vərəq və qələm götürüb şəkil çəkməyə başladı.Nə vaxt canı yansa belə edərdi.Yalnız onu düşünürdü.Necə belə edə bilərdi?O hisslər,birlikdə keçirdikləri o qədər vaxt - bütün sözlər,vədlər, - hamısı keçib getmişdi və geri qaytarmaq mümkün deyildi.Heçvaxt.Bircə an hərşeyi dəyişdi,o başqasını tapdı.Əldən heçnə gəlməzdi,- heçnə.Bu iki sözün mənasını başa düşərək o bütün həyatının anlamını anladı.

Oğlan üzr istəmək və... üçün onun otağına girdi amma onu yerdə yatan halda gördü.Qızı öpüşləri ilə sararaq onun üçün nəsə etməyə çalışırdı.Amma o,qanlar içindəydi,gec idi.

Oğlan qışqırırdı: Yaşa,sən yaşayacaqsan!!!

Amma o,gözlərini bağladı və bu oğlanı çox sevən,itirmək istəməyən cavan gözəl qızı xatırladı.O,ailəsini və dostlarını atmışdı,ona görə kimsə acı çəkirdi və nəticədə öldü amma bunlar heçbiri vecinə deyildi,sevdiyi yanında idi.Əgər hərşeyin belə olacağını bilsəydi heçvaxt belə davranmazdı.Həmin oğlan olmamış olardı və ailəsi daim yanlarında olan qızlarını sevərdilər.Həmin an,gözlərinə pərdə enəndə,artıq bədəni heçnə hiss etməyəndə o yanında oturan sevdiyini gördü.O,uşaq kimi ağlayır və nəsə deyirdi.Qız heçnə eşitmirdi,sadəcə bəzi parça-parça sözlər gettikcə daha da boğuq səsə çevrilirdi.O,(qız) gülümsəməyə çalışırdı və hətta həyatının bəzi məqamlarında bəxtinin gətirdiyini düşünürdü.Sevdiyinin hər zaman yanında olacağına inandığı məqamlar..O,(qız) onu elə gözəl sevirdi ki,kinolarda sevilən kimi,kitablarda yazılan kimi.Gücünün bittiyini hiss edirdi güclə əlini oğlana uzattı.Oğlan təcili yardıma zəng vurmağa cəhd edəcəkdi ki,onun ürək döyüntüləri dayandı.Üzündə gülümsəmə və soyuq baxış qaldı.Xoş bir istilik bütün bədəninə yayılırdı və cəzbedici bir işıq...Heçnədən qorxmadan və geriyə baxmadan bu işığa doğru gedirdi.Orada hərşeyin yaxşı olacağına inanaraq,sevdiyinin belə bir səhv etməyəcəyini bilərək gedirdi...

Birdən-birə onu itirdiyini dərk edən oğlan yaralı heyvan kimi nalə çəkdi və qızı bərk-bərk qucaqladı.Onu ilk gördüyü anı xatırladı...
Bir neçə saat sevgilisinin cəsədi yanında oturdu,sonra onu yorğana bükdü,ulduzlara baxdı..artıq O yox idi.Harasa getməmişdi,həyatdan getmişdi və bir daha geri heçvaxt dönməyəcəkdi.Bir neçə dəqiqə onun çəkdiyi rəsmə baxdı,həyatı onun gözləri ilə görməyə çalışırdı.İstəyinə nail olan kimi pəncərəyə yaxınlaşdı və bir siqaret yandırdı.O başa düşmüşdü ki,Heçvaxt Heçkim onu o qızın sevdiyi kimi Sevməyəcək.Gözlərini bağladı və: "Bağışla məni" deyərək özünü qaranlığa buraxdı - boğuq bir səs gəldi.

Əgər siz kimisə sevirdinizsə və ya sevirsinizsə bu yazını həmişə yadınıza salın və bilin ki,həyatda sizi sevən və sadəcə siz Var olasınız deyə hərşeyə hazır olan bir insan var...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 437
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri