Kağızdan xəyallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 061
Səs ver:
(səs: 2)
Gözlərini açıb böyük bir gülümsəməylə ətrafına salam verdi sonra telefonun ekranına baxıb 1 günün daha geridə qaldığını və bir daha geri gəlməyəcəyini düşünüb bu günü  necə keçirəcəyini nələr edəcəyini hər zaman yanında gəzdirdiyi kağıza yazdı .  Evdə  dolaşaraq həyatında nə dəyişiklər olduğunu və bunların birdən heç gözləmədiyi anda baş verdiyini  , ailəsindən , dostlarından, işindən  ayrıldığını   düşünüb gülümsəyərək "belədə xoşbəxtəm” deyərək paltarını dəyişib evdən çıxdı .

Bu gün haralara gedəcəyini yazdığı kağıza baxdı və havanı içinə çəkərək yeridi nəfəssiz qalana və gözündən yaş gələnədək güldü. Ətrafdakılar nə olduğunu anlamır ona gülür sakitcə yanından keçirdilər.

Bu günki ilk işi parka gedib o həmişə qorxduğu oyuncaqlara minib heç kəsə fikir vermədən qışqıra bildiyi qədər qışqırmaq idi .İstədiyi hər şeyi yeyir hər yerə gedir hər istədiyini alırdı buna görədə  1 ay olmasına baxmayaraq pulu az qalmışdı.Amma yenədə işləmək istəmir yeni yerləri gəzib yeni insanlar tanımaq istəyirdi bu yaşına qədər tək xəyalı dunya səyahətinə çıxmaq idi amma pulu az olduğu üçün bu mümkün olmamışdı ona görə dünya səyahəti yerinə ” ölkə səyahətinə” çıxmışdı. O yaşadığı müddətdə özündən arxada iz olaraq  buraxdığı heç bir şey yox idi və o geriyə baxdığında " afərin mənə” deyə bilməyəcəkdi bu dünyada yaşayan bir çoxları kimi, oda sadəcə dünyaya gəldi , yaşadı ve öldü. Bəziləri üçün yenidən başlamaq gec deyildi amma onun üçün bu belə deyildi 1 neçə ayı qalmışdı o yenidən başlayıb həyatını yenidən yaza bilməzdi. Qorxaq insanlar kimi hər şeyə lənət oxuyub ölümü gözləyə bilərdi amma belə etmək istəmədi edə bilməzdi  ona verilmiş  həyatı  kənara ata bilməzdi  qaranlığa çəkilib  orda çürümək  istəmirdi. Heç olmasa həyatının son anları sadəcə onun olsun istəyirdi.
Evə qayıdanda əlində olan paketler yaşadığına işarə idi.  .Adəti  üzrə evə girərkən "Salam necəsiz?” dedi amma bu evdə ona cavab verəcək heç kim yox idi  bayaqda dediyim kimi son anlarının onun olmasını istəyirdi ona görə ailəsindən ayrılıb tək  qalırdı. Bu qərarı vermək çox çətin olsada ailəsinə bu qərarı qəbul etdirmək daha çətin və əzablı idi , əslində onlarada haqq vermək lazımdı qızlarının öləcəyini tam qəbul etməmiş onun son aylarını tək yaşamaq istədiyini qəbul etmələri qəribə olardı. 1 neçə həftə  sonra o evdən ayrıldı və tək otaqlı kiçik şirin bir evə köçdü bu evi özü tapmışdı  ailəsinə belə evin ünvanını demir hər gün dəfələrlə zəng etmələrinə baxmayaraq telefonlarını açmırdı. Onun etdikləri bəzilərinə vicdansizliq kimi gələ bilərdi amma bunu özü üçün etdiyi qədər ailəsi üçündə edirdi .
Çamadanını yığıb kravatında oturdu  : son 5 ay  güldüyüm ,ağladığım , nəfəs aldığım son 5 ay.
Qorxurdu həmdə çox  ölümdən kim qorxmazdıki?

Bu neçə illərdə eləmədiyi hər seyi bu 5 aya sığışdıracaqdı sığışdırmalıydı.
Deməli sabah gedirik Şəkiyə deyə başladı sözə : sonra Quba sonra Qax sonra başqa yerlər sonrada qara torpaq deyib bərkdən qəhqəhə çəkdi , özüdə  ölüm qorxusunun onu necə dəyişdirdiyinə çaşıb qalırdı, bir müddət daha öz –özünə danışıb yuxuya getdi.

Az qaldığı üçün beləydi bəlkədə hər aldığı nəfəs  hər ürək döyüntüsü hər addımı hər sözü başqa idi onun üçün özünü artıq bir möcüzə olaraq görürdü və bunda sonuna qədər haqlıydı bütün yaradılan hər kəs möcüzəydi hamı bunu axır-əvvəl başa düşürdü .Həyatı anlamaq onun dəyərini bilmək bu imiş demək özünü sevmək bu imiş o çox gec başa düşdü bunu sona az qalmıs tanıdı içindəki "məni” .  Gözünü yumub bir az dincəldi xəstəliyi ilərlədiyi üçün  narahat hiss edirdi amma buna belə sevinirdi  bunu anlamaq çətin gələ bilər  amma son anı yaşamaq ölümü yaşamaq doğurdan qorxuncdu bu dünyadan ayrılmaq həyatda qorxduğunuz hər şeydən puluna varına gücünə görə qorxduğunuz insanlardan belə qorxuncdu cünki ölüm sondu .

Dincəldikdən sonra fotoaparatla ətrafı və özünü çəkməyə davam etdi yaşadığını sübut etmənin tək yolu şəkillərdir deyə düşünürdü. Ətrafda gəzdikdən sonra kalendara baxıb artıq ailəsinin yanına qayıtmağın vaxtı olduğunu anladı. Əvvəllər ailəsindən qaçırdı amma ölümün yaxınlaşması ilə ailəsinin yanında olmasını istədiyi qərarına gəldi. Yenə o çox sevdiyi çamadanını yığırdı amma bu dəfə səyahət üçün yox evə qayıdış üçün hazırlayırdı çamadanını əvvəlcə hədiyələri yerləşdirdi hər kəsə kiçikdə olsa 1 hədiyə almışdı bu onun ailəsindən üzr istəmə yolu idi  sonra şəkillərini qoydu bütün şəkillərdə gülürdü  ailəsinə ən böyük hədiyəsidə bu idi .Masaya yaxınlaşıb kağızlara baxdı məktub yazmaq istəyirdi amma gözyaşları icazə vermədi  . Nə qədər  baxsada bezmədiyi filmi açdı digər filmlərin adını unutsada bunu əsla unutmazdı   "Rockin on Heavens door "  adı belə onu istədiyi yerə aparırdı. Film bitdiyi kimi  gözyaşlarını silib  məktubları yazmağa başladı  bu səfər tamalaya bildiyi üçün sevincli idi

Qapı açıldı  anası hıçqıra-hıçqıra ağlayaraq onu qucaqladı bu onun üçün çox çətin idi amma yenədə gülümsədi ailəsinin bu halını görməmək üçün onlardan qaçsada yenidən evə qayıtdığı üçün xoşbəxt idi .Axşam yeməyi vaxtı  hamı stolun ətrafında oturub ona diqqətlə baxırdılar sanki beyinlerində onun son şəklini çəkirdilər. Ayağa qalxıb məktubları ailəsinə paylayıb divanda oturaraq onları izlədi ancaq məktubları o "istirahətdəykən” açmalarını istədi O aləsinin yanında ölüm sözünü işlətmir istirahətə gedəcəyini deyirdi  bu  söz arxasında çox şey gizlətdiyinə görə    ailəsnə ağır idi elə onun özündə sadəcə özünü güclü göstərməyə çalışırdı.
Xəstəliyi ağırlaşdığı üçün ailəsinin istəyi üzrə xəstəxanada qaldı amma yenədə öz evinə getmək istəyirdi ölümü hiss etdiyi o an ailəsinə onu evə götürmələri üçün yalvardı.  Həyatını yaşadığı yerdə  sonlanmasını istəyirdi buna görədə ailəsi onu evə qaytarmağa məcbur oldular .

Hər kəs yatağın ətrafına toplanmış gözyaşlarını zorla  gizləməyə çalışırdı gözünü açıb gülümsədi "məni bu qədər sevdiyinizi bilsəydim istirahətə  daha sonra getmək üçün  Allaha daha çox yalvarardım” dedi. Hər kəs bir anda gülməyə başladı və o bu  anı ölsədə unutmayacaqdı.  Anasını yanına çağırıb məktubları gətirməsini istədi onların arasından birini açıb düzəliş etdi və yenidən anasına verib  səssizliyə gedən bir səslə "Bağışlayın belə getmək istəməzdim " deyib gözlərini yumdu.
Sabah oldu hamı üçün ondan başqa hamı üçün
Bütün məktublarda eyni cümlələr yazırdı:”mənsiz xoşbəxt yaşayın mən xoşbəxtəm sizinlə yaşadığım və sizin yanınızda öldüyüm üçün”. Sadəcə kiçik bacısının məktubuna düzəliş etmişdi " Mənim kimi yaşama, həyat 1 dəfə olur.

Müəllif: Nahidə Quliyeva
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri