Həyatda
hər kəsin bir məqsədi vardır əslində.Və bu məqsədə nail olmaq üçün, bir
neçə prablem önünü kəsər.Yaşamaq üçün üz tutduğun yerlərdə, sənə boş
anketdən başqa, heçnə vəd edə bilməzlər.Həqiqətən bu şəhərdə, bu ölkədə
xoşbəxt olmağı bacarmaq, necə başa salım, bilmirəm...Bəlkədə bilirəm,
bəlkə çox qorxuram.Yolda cərmə yazmağı, və qanunları pozmağı bacaran
qanun adamlarımız,
- Yorulmursunuzmu?
- Ey Allah yardım et bizə.Somali xalqı toxluğunu itirdiyi kimi, bizdə
vicdanımızı itirdik. Bəlkədə kömək edirsən bizə, bəlkədə biz buna
layiqik.Mənə ixtiyar verilsəydi, yaxşı insanları seçib, xəritədən ölkəmi
silərdim.Əllərim titrəyir hər lazımsız mövzunu yadıma salanda.Bu şəhər
zülmü çox əzizləyir, bəlkə ona görə ağrılar bizə, ailəmiz qədər doğma
olub?...
- Mən nə deyəcəydim unutdum, əslində bunları yazmaq fikrim yox idi,
amma beynim sıxıb saxlaya bilmədi. Görəsən silim, onsuz həqiqəti hamı
bilir? Hava çox gözəl, sevgidən yazmaq əvəzinə, görün nə yazıram...
bütün işi korladım.Axı insanlar elə yazılara daha çox meyillidir, axı
insanlar, təkçə "sevirəm" sözünü utanmadan deyə bilir...
Hər şey əslində başqa cür olmalı idi. Bilmirəm necə, amma onu dəqiq
bilirəm ki, belə olmamalı idi.Müvəqqəti narahatçılığa görə, əbədi dustaq
oluruq, uzaqdan xəyalında olduğumuz tikililərdə.
Olmalı
insan ola bilmədim, əslində bunları yazmaq üçün böyüməmişdim. İşimi
sevən və sevgini layiqincə ürəyində saxlayan biri olmalı idim.Amma
nəinki işimi, sevməyi belə bacarmadım.Xatirələrlə yaşamağı öyrəndim,
çünki yağış yağanda pəncərəyə şəklimi çəkə billmişdim.Tək xəstə olanda
deyil, həmişə yaxınlarımı düşünmək istəmişdim.Ədalətsiz dövlətim yoxdur,
sadəcə boz küçələri və öyrəşgənli bir cəmiyyətim var.Hər şey
unudulacaqsa, xatırlamağın nə mənası var ?!
- Yazdığım mövzunun adını bilməsəmdə, rəngini əminliklə deyə bilərəm,
- Boz.
- Bu rəng axtardığımız rəng deyil, nədə xəyal etdiyimiz xoşbəxtliyin
simvolu.Sadəcə dörd fəsildən ibarət və ağrısı xoş görsənən bir
cəmiyyətin, ruh halıdır.Bu yazıya görə məni qandallamasalarda, əminəm
ki, bir neçə ildən sonra unudacağlar.Biz televizyadan görüb, sosial
şəbəkələrdə etiraz edən millətik, qorxun bizdən.
- Nə istəyirəm bilirsinizmi? ...sizi belə görmək istəmirəm, həqiqətən. Məsciddə dua etmək gözəldir, düz deyirəm?
- Mən nə danışıram, axı siz hardan biləsiz?
- Nəysə, bağışlayın getməliyəm.Bunları ancaq boş vaxtlarımda yazıram,
çünki boş sözlər toplusudu bu sadəcə.Bəlkədə dolu sözlərdi, amma
beyinləriniz bunları qəbul etməz.Çünki beyniniz boş deyil, nəynəsə
doludur, bəlkədə... Nəysə çox dərinliyə getmiyim.Özünüzə yaxşı baxın,
axı bunu yaxşı bacarırsız