Antikvarçı

Müəllif: Fi-Ra
Şərhlər: 7
Baxılıb: 1248
Səs ver:
(səs: 2)
Gənc adam, antik əşyalar marağı səbəbiylə Anadolunun ən ucqar guşələrini gəzir və gözünə kəsdirdiyi malları yox bahasına satın alaraq yolunu tapırdı. Qış qiyamət demədən davam etdirdiyi səyahətlər zamanı başına gəlməyən qalmamışdı. Lakin, bu dəfəki hamısından fərqli görünürdü. Yolları bağlayan qar üzündən arabasını tərk etmiş və soyuq hava altında donmaq ərəfəsindəykən, bir qoca tərəfindən tapılıb onun daxmasına dəvət edilmişdi. Yaşlı adam, gəncə yeriməsinə yardım edərkən:
 - Günlərdir xəstə olduğumdan, odun kəsmək üçün ilk dəfə çölə çıxdım, - dedi. Sən demə səni tapmaq üçün sağalmışammış. Dizə qədər qalxan qarla boğuşub göclə daxmaya gəldiklərində, antikvarçının ağ görməkdən donan gözləri fal daşı kimi açıldı. Otağın orta yerində stolun ətrafına qoyulmuş üç-dörd stul, onun indiyədək gördüyü ən gözəl antikvarlar olmalı idi. Saatlardır qar içində qalan bədəni bir anda isinmiş, buzları əriməyən badımcan bənövşəyi sifətini atəşlər örtmüşdü. Yaşlı adam, qonağını yatırmaq üçün cəld hərəkət edirdi. Ona bir neçə tikə ikram edib sidr yatağını hazırlayarkən:
- Bu gün soba yandırmadım övladım, - dedi. Amma bu yorğanlar səni qızdıracaqdır.
 
Ev sahibi, illər öncə vəfat edən xanımı ilə bölüşdükləri otağa keçərkən, antikvarçı da tiftik hörülən adyallar arasına gömüldü. Ancaq bütün yorğunluğuna baxmayaraq heç cür yatmırdı. Ertəsi gün getməzdən əvvəl nə edib-edib o stulları götürməli, bunun üçün də yaxşı bir ssenari uydurmalıydı. Məsələn, həyatını xilas etməsinə qarşılıq qocaya bir neçə kreslo satın ala və köhnəlmiş olduğu bəhanəsi ilə çölə çıxardığı stulları, oğrun-oğrun mikroavtobusun arxasına atardı. Hətta onları düşdüyü kimi qaçmaq da mümkün idi. Yeriməyə belə gücü olmayan qoca, sanki onun arxasınca gedəcək idi?
 
Gənc adam, beynində fikirləri kamilləşdirməyə çalışarkən dalıb-dalıb gedir və küləyin səsi ilə oyandığı vaxt, qaldığı yerdən davam edirdi. Bu arada yaşlı adamın sabah namazına durduğunu görmüş, hətta fərz olsa da odun parçaladığını eşitmişdi. Gözlərini açanda, onun kuzine üzərində yemək bişirib yediyini gördü və ətrafına boylandı, birdən stulları xatırladı. Yüngülcə qalxıb ətrafına baxdı: Aman Allahım! Antikvar əşyalardan heç biri ortada yox idi.
 
Qoca canavar, hər halda planını hiss etmiş və bəlkə də yuxudakı danışığını eşidərək onları əmin bir yerə qaldırmışdı. Sakit görünməyə çalışaraq:
 
- Ətim, sümüyüm isinmiş, - dedi. Şorbanız da gözəl iy verib doğrusu. Amma axşamki stulları görmürəm.
 
Yaşlı adam, otağın küncünə topladığı stul parçalarından birini daha sobaya atarkən:
 
Stul dediyin, dünya malıdır övladım, - dedi. Biz qonağımızı qoyarıq üşüsün?
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri