Bir gəncin duası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1708
Səs ver:
(səs: 2)
Bir gənc Kəbədə həmişə belə dua edirdi: «Ey doğru olanların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz sahibinə qaytaran Allahım, sənə həmd olsun!». Bu vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən bunun səbəbini soruşdular: «Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən?». «7-8 il əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada 1000 qızıl var idi. İçimdən bir səs: «Bu qızıllara sənin çox ehtiyacın var» deyirdi. Sonra düşündüm ki: «Olmaz, sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən. Bu, günahdır». Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım. Qızıllarını tapan şəxs çox sevindi və mənə 30 qızıl hədiyyə etdi. Ürəyimdə Allaha dua edə-edə bazara yollandım. Bazarda nurani bir gənc əsirin satıldığını gördükdə qiyməti ilə maraqlandım. Əsir 30 qızıla satılırdı. O gənci alıb evimə gətirdim. Çox ədəbli və çalışqan gənc idi, bütün işlərimdə mənə kömək edirdi. Bir gün gənc dedi: «Mən Fas əmirinin oğluyam. Atamın adamları məni sizdən almağa gələcəklər. Siz çox yaxşı və təmizürəkli insansınız. Məni 30 min qızıla satarsınız». Həqiqətən də, bir neçə gün sonra əmirin adamları gəlib oğlanı məndən 30 min qızıla aldılar. Mən həmin pula iş yeri açdım və xeyli qazanc əldə edərək varlandım. Bir gün qohumlarım evlənmək üçün məni bir qızla tanış etdilər. Varlı ailədən olan qızın atası yenicə vəfat etmişdi. Nikahdan sonra qızın cehizlərini gətirərkən əşyaların içində bir torba gözümə sataşdı. Qızdan torba barədə soruşduqda qız belə cavab verdi: «Bu torbanın içində 970 qızıl var. Atam bir neçə il əvvəl torbanı Kəbədə itirmişdi. Onu tapan gənc haramdan çəkinərək torbanı atama qaytarmışdı. Atam etdiyi yaxşılığın əvəzində 30 qızılı ona hədiyyə etdi, yerdə qalanını isə cehiz olaraq mənə verdi». Qızın sözlərini eşitdikdə səcdəyə getdim, Allaha şükür edərək: «Deməli, tapdığım bu qızıllar mənim ruzim idi, sadəcə, Allah-Təala onu mənə halal yolla vermək istəmişdi». O vaxtdan hər zaman Allaha həmd edirəm və Kəbədə eşitdiyiniz bu duanı edirəm».
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1708
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 7579
Xəbər sayı: 0
yarpaq33
Ibretamiz bir hejayedi Allah bizleri nefsimizin werrinde qorusun inweallah
25 iyul 2017 18:50
6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Şərh sayı: 7859
Xəbər sayı: 1323
Son Bahar
Necede gözel maraqli ve ibratamiz hekaye idi...Allah bizleri haram tikeden yayindirsin...Paylasim ucun coxx tesekkur edirem20
24 iyul 2017 17:09
5
Son Bahar kadini
Şərh sayı: 11015
Xəbər sayı: 2333
Barbaris
Sitat: YalniZ-ArZu
Allah butun gozel dualari qebul elesin...maraqli hekayedir...Allah hamiya ureyine gore versin.Amin!


Amin
24 iyul 2017 14:00
4
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Şərh sayı: 5142
Xəbər sayı: 12
Turkan Abbasova
Cox gozel bir yazi idi. Cox sagol bacim. Belw xeberleri bol etki bizde oxuyub sagligina duvaci olaq
23 iyul 2017 23:17
3
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Şərh sayı: 2574
Xəbər sayı: 3
♡ES♡
Cox gozel hekayedi. Allah dualarimizi qebul elesin InwAllah Amin
23 iyul 2017 22:23
2
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Şərh sayı: 15091
Xəbər sayı: 6883
YalniZ-ArZu
Allah butun gozel dualari qebul elesin...maraqli hekayedir...Allah hamiya ureyine gore versin.Amin!
23 iyul 2017 18:01
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri