Bir azz yumor :D

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 1 897
Səs ver:
(səs: 0)
Dəmir yolu çəkilişində yol mühəndisi gəlib bir kəndlinin evinə deyir:
-Bağışlayın xanım, dəmir yolu sizin evin içindən keçəcək...
-Mən bir söz demirəm, ancaq hər dəfə qatar gələndə durub qapını açan deyiləm...

:122: :122: :122:

Biri deyir:
-Qulaq asın ay bələdçi, siz niyə istəyirsiniz ki, biz ekskursiyadan əvvəl pulu verək? Qorxursunuz ki, sonra birisi pul verməz?
-Yox, niyə ki? Amma siz bu uçuruma bir baxın! Bilirsinizmi nə qədər adam pul vermədən ora düşüb?!

:122: :122: :122:

İki dəli dəniz kənarında gəzirlər.Biri o birinə:
-Buna bax ee, ölü quş.
O birisi göyə baxıb:
-Hanı?

:122: :122: :122:

-Sən nə üçün bu körpünü tərifləyirsən?
-Çünki onu özümüz tikmişik...
-Bəs niyə üstündən keçmirsiniz?
-Elə ona görə...

:122: :122: :122:


İki nəfər söhbət edir:
- O gün bütün qəzetlərə, elan vermişəm ki, özümə qadın, ömür gün yoldaşı axtarıram.
-Nədir, cavab verən olmadı?
-Ehhh, 1 kisə məktub gəlib. Sadəcə 90% də yazılıb ki: "Sən canın gəl mənimkini apar,canım qurtarsın!".

:122: :122: :122:

-Bizim firmanın rəisi çox mərifətli adamdır.
-Niyə belə düşünürsən?
-Bir gun məni yanına çağırıb dedi "Bilmirəm sənsiz necə işləyərik, ancaq gələn ildən çalışarıq"

:122: :122: :122:

Ər arvadına:
-Bir də pul istəməkdən ötrü məni öpmə.
-Elə de ki, bir daha öpüşməyəcəyik də...

:122: :122: :122:

Mayer öz müdirinə deyir:
-Sizə qazanc yeri tapmışam. Siz bir kəlmə ilə 10 min qazana bilərsiniz...
-Hə de görək maraqlıdır.
-Eşitmişəm ki siz öz qızınıza 20min cehiz verirsiniz...
-Hə nə olsun ki...
-Mən onu 10 min manatlıq cehizlə də alaram...

:122: :122: :122:

Həkim:
-Siz çox gərginsiniz? Gərək bir az rahatlanasız... Məsələn, mən belə hallarda arvadımı götürüb restorana gedirəm...
-Məsləhətə görə çox sağ olun həkim, mən elə belə də edərəm. Sizin arvadınız indi hardadır?

:122: :122: :122:

Qadın çığır-bağırla polis bölməsinə daxil olur:
-Ərimi tapın, mən onsuz yaşaya bilmirəm, o isə itib.
-Bu nə vaxt baş verib?
-Bir həftə əvvəl.
-Bəs, indi niyə xəbər verirsiz?
-Bu gün onun maaş günüdür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri