Gülüş dəqiqələri

Müəllif: Ayşə_gül
Şərhlər: 9
Baxılıb: 3 447
Səs ver:
(səs: 1)
1. Bir gün səfərdə ikən Hüseyn Bayqara ağac altında özünə yataq açdırır və uzanıb dincəlmək istəyir. Ancaq yorğan öz boyundan qısa olduğundan onu başına çəkəndə ayaqları, ayaqlarını örtəndə isə başı açıqda qalır. Bundan əsəbiləşən sultan Bayqara oradakı vəzir-vəkilini, əyanları və xidmətçiləri başına yığıb, əmr verir:
- Necə edirsiniz edin, yetər ki, bu yorğan başımla ayaqlarımı eyni dərəcədə örtsün.
Hamı sultanın başına yığışıb, bu məsələyə bir əncam çəkməyə çalışır. Bu vaxt onları yarıb, irəli çıxan Əlişir sultanın ayaqlarına zoğal çubuğuyla güclü bir zərbə vurur. Canının ağrısından ayaqlarını qarnına yığan sultan niyə belə etdiyini soruşur və Əlişirdən bu cavabı alır:
- Mən sizin mübarək əmrinizi yerinə yetirdim. Yoxsa sizinlə bir qəsd-qərəzliyim yoxdur ki! Əgər yorğan boyunuza uyğun deyilsə, onda siz ayaqlarınızı yorğanın boyuna görə uzatmalısınız. Vəssalam, şüdtamam! :122:
 
2. Səfərə çıxacaqları gün sübh tezdən Sultan Bayqara Əlişir Nəvai ilə məzələnmək, ona sataşmaq fikrinə düşür. Bu məqsədlə kimsəni duyuq salmadan vəzirin atının saxlanıldığı tövləyə girir və zavallı heyvanın dodaqlarını kəsir. Həmin vaxt Nəvai oyaq olduğu üçün hənirti eşidir və məsələnin nə yerdə olduğunu öyrənir. O da əlüstü gedib, sultanın atının quyruğunu üzür.
Bundan xəbərsiz olan sultan Bayqara səfər vaxtı dönüb, kinayə ilə Nəvaidən soruşur:
- Atın niyə belə durmadan dişlərini ağardır?
Nəvai söz altda qalmır:
- Məncə, o, mindiyiniz atın kəsilən quyruğuna gülür. :122:
 
3. Qadın rəfiqəsinə:
-Mənim sevgidə bəxtim gətirmir də!
-Niyə?
-Biri ilə tanış olanda ya görürsən o evli olur,ya da mən ərdə oluram. :122:
 
4. Pensiya kartın ürəyinin üstündə gəzdirən, qəpiyə köpük deyən şirin varlığa nənə deyilir :122:
 
5. İki dost küçədə rastlaşır. Biri o birinə deyir:
- Dünən sənin arvadını bazarda gördüm. Elə maraqlı lətifə danışdı ki, hər ikimiz gülməkdən özümüzü saxlaya bilmədik və çarpayıdan yıxıldıq. :122:
 
6. Taksi sürücüsü yağışın altında dayanmış yolçunu görüb maşını saxladi. Əynində uzun qara paltar olan adam arxa qapını açıb oturdu. 
Sürücü: "Həə, de görüm hara gedirsən?"
Yolçu: "Mən Əzrayılam. Canını almağa gəlmişəm" deyə astadan dilləndi. Sürücü kinayə ilə: "Sənsən Əzrayil? Sənin kimi Əzrayil olar heç?" dedi.
Yolçu: "Bu günə kimi Əzrayıl görmüsən ki, necə olduğumu biləsən?" deyib sözlərinə davam etdi: "...inanmadin mənə, düzdü?" Sürücü: "Yox, inanmadim." 
Yolçu: "Onda qulaq as. 200 metr irəlidə eynəkli, başında şlyapa, əlində portfel olan bir yolçu alacaqsan." 
Doğurdan da 200 metr irəlidə sürücü eynəkli, başında şlyapa və əlində portfel 
olan bir yolçu alır. Amma yolçu qabaqda, sürücünün yanında oturur. Bundan sonra hadisələr daha da qəribə hal alır. 
Sürücü yanındakı yolçuya: "Sən hara gedirsən?" Yolçu: "Mənim işim mərkəzdədi. Şəhərin mərkəzində bir yərdə düşəcəm." 
Sürücü yenə yanındakı adama: "Bu arxadakına bax e. Yaxşılıq eliyib, yağışın 
altında maşına aldım, utanmadan məni doluyur, deyir mən Əzrayılam." 
Öndəki arxaya baxaraq: "Hanı? Arxada heç kim yoxdu axı." 
Sürücü hirslə: "Korsan? Görmürsən adam arxada oturub?" Öndəki bir də arxaya baxıb sürücüyə: "Sənin başın xarab olub yoxsa məni dolamısan? Arxada heç kim yoxdu!" Bu dəfə arxadakı dillənir: "Mən sənin canını almağa gəlmişəm. Başqaları məni nə görə bilir nə də səsimi eşidir." Sürücünün rəngi ağarır. Dizləri titrəməyə başlayır. Arxadakı sürücüyə: "Maşını saxla və iki rükət son namazını qıl. Sonra canını alacağam". Sürücü əlləri əsə-əsə maşını saxlayıb maşından endi... Sonra... Sonra nə olub bilirsiniz ??? 
2 adam maşını oğurlayıb qaçıblar :))))) :122: :122:
 
7. Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm. Ayı qorxur durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur: «Dovşan qardaş dünən neynəmişdiz ki? Heç nə ayaq üstə getmişdim. :122:
 
8. Mamed bir gün evə gəlir görür ki, qayınları onlara qonaq gəlib. Yaltaqlanmaq üçün deyir oooo...ailənin bütün qaymaqları burada imiş ki. Qayınları deyir, hə düz deyirsən bircə qatıq çatmırdı o da gəlib çıxdı. :122:

9. Xəstə həkimdən soruşur:
- Həkim, düz deyirlər ki, yerkökü görmə qabiliyyətini yaxşılaşdırır?
- Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən? :122:
 
10.Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub!
- Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz.
- Düzdür, doktor. Ancaq adamda ikinci arvad ola bilər. :122:
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri