Gülüşlü saniyələr, dəqiqələr və saatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 366
Səs ver:
(səs: 1)
Ağsaqqal cəbhəçi Yusif Sedvimalı bacısı nəvəsi ilə söhbətdən sonra deyinir:
-İndiki uşaqlara nağıl da danışmaq olmur e. "Məlikməmməd meşədə yuxusu gəlməmək üçün barmağını kəsib duz tökdü” deyirəm, qayıdır ki, ağ eləmə də, Məlikməmməd meşənin ortasında duzu hardan aldı?

Xəstəxanada
Ağır xəstə olan Zori Balayan İstanbulda müayinə olunur. Xəstənin işinin fəna olduğunu görən həkim soruşur:
- Neçə yaşın var?
Xəstə təmkinlə:
- Payızda 65 olacaq...
Həkim ironiya ilə astadan kənara:
- Sənin canın üçün. Olacaq, gözlə. Hara olur? 40 gün ömrün qalıb.

Facebook gülməcələri
1. Oğlan:
- Allahım, qarşıma halal süd əmmiş birini çıxar da, nə olar...Südün markası? Heç önəmli deyil. İstər "Palsüd” olsun, istər təmiz inək südü.
2. - Xəyallarm çox təmizkardı.
- Niyə?
- Tez-tez suya düşür də ondan.
3. Oğlanlar siniflərindəki qızlara söz atırlar:
- Uşaqlıqda palçığı yarpağın içinə qoyub yalandan "dolma bişirmişəm al ye” deyən qızlar görən indi gerçək dolma bişirə bilirlər?
Qızlar cavab verir:
- Uşaqlıqda yalançı tapança, tüfəng, avtomat götürüb "Savaş” oynayırdız ha, ind görən əliniz silah tutar?

Facebook ədəbiyyatı
Əkil-bəkil quş idi,
İnboxa qonmuş idi.
Getdim onu dürtməyə
Bloka atmış idi.

"Mən avtobusun sürücüsüyəm”
Bir gün İrəvanda xarici jurnalist belə bir hadisənin şahidi olur. Görür ki, avtobus cox böyük sürətlə gedir. Arxasınca da bir kişi qaçır. Avtobusdakı kişilər pəncərədən baxıb yerdə qaçan kişiyə lağ edirlər:
- Alə, zor qaçırsan. Öləcəyik gülməkdən.
Yerdə qaçan kişi məzələnir:
- Təbii ki, öləcəksiz. Mən avtobusun sürücüsüyəm.

"Duraq, amma tanış olaq”
Tanınmış aktyor Müdhət Aydının Rusiyada yaşayan gənc vaxtlarıdır. Bir gün bulvarda avaralanan Müdhət oturacqda əyləşmiş bir gözəl qızın yanında oturur və deyir:
- Devuşka, olar tanış olaq?
Qız əsəbi şəkilə deyir:
- Durak!!!
Murik sevincək deyir:
- Yaxşı duraq deyirsən, duraq, amma tanış olaq da.

Ərdən necə pul qoparmalı?
İki qadın söhbət edir:
- Mənim ərim mənə pul vermir…
- Amma mən istəyən kimi verir.
- Sən onu necə edirsən?
- Sadəcə. Deyirəm ki, mən gedirəm dədəmin xarabasına, bir daha qayıtmayacam. O dəqiqə çıxarıb pul verir.

"Savadlı” Çingiz
Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlunun gənc yaşlarıdır. Bir gün hansısa idarədə mühasib işləyən Çingiz tələbə yoldaşı ilə rastlaşır. Özünü savadlı göstərmək istəyir və tələbə yoldaşına deyir:
- Qardaş, işlədiyim idarədə əksəriyyəti savadsızdır. 80 faizinin riyaziyyatdan başı çıxmır.
- Bəs sən hansındansan?
Çingiz lovğa-lovğa:
- Mən yerdə qalan 30 faizdən.

Balıq və erməni
Ermənistanın Sevan rayonu. Bir erməni qızıl balıq tutur. Qızıl balıq dilə gəlir:
- Məni burax, nə istəsən dilə məndən.
Erməni acgözlüklə:
- İstəyirəm ki, bizdə də körpülər olsun, böyük binalar tikilsin, ordumuz güclü olsun…
Balıq köks ötürür:
- Bu çətindi axı axı. Başqa arzun var?..
Erməni:
- Onda elə et ki, bütün ermənilər qeyrətli, düz olsun, oğru olmasın.
Balıq köks ötürür:
- Birinci arzu nə idi?... Bu, heç mümkün deyil.

"Kim sevirsə Elmanı…”
Elman Türkoğlu özəl TV-lərdən birinin İdman verilişinə gimnastika dərsinə çıxır:
- Kim sevirsə idmanı: 1, 2, 3, 4
Kim sevirsə Elmanı: 1, 2, 3, 4… min manat.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri