Habil Əliyevin lətifələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 273
Səs ver:
(səs: 4)

Habil Əliyev İrana səfərə gedir. Anşlaqlı konsert və tamaşaçıların böyük sevgisindən sonra bir nəfər yorğun-arğın sənətkarı israrla qonaq aparır. Qonaqlıq mərasimi uzanır və Bakıdan gedən qrup ev yiyəsinin tükənməz sevgisini dinləyəsi olurlar. Yorğun olmalarına baxmayaraq, heç kəs ev sahibinin bu qədər sevgisinin qarşısında heç nə deyə bilmir.

 

Ev sahibinin sözünün şirin yerində Habil Əliyev dillənir:

- Qardaş, sən neçənci ildənsən?

Təbrizli deyir:

- 1367-ci ildənəm, baba!

Habil Əliyev özünü xeyli təəcüblənmiş göstərib deyir:

- Maşallah, çox yaxşı qalmısan…

 

***

 

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim, nolub?

Nazim Ağayev gileylənir:

- Həkimdən gəlirəm. Dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.

Habil Əliyev deyir:

- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!

 

*** 
 

Habil Əliyev günün birində xəstəxanadan evə qayıdır. Məhəlləyə çatanda kəkələyən pəltək qonşusu qabağına çıxır. Qonşusu sənətkardan nədən şikayətləndiyini soruşur.

Habil prostatında problem olduğunu deyir. Qonşusu bu xəstəliyin nə olduğunu anlamır. Habil ha izah edir ki, prostat xəstəliyi nədir, qonşusu başa düşmür. Axırda izahdan yorulan Habil Əliyev deyir:

- Ay qonşu, bax, sən necə danışırsansa, mən də elə peşov edirəm.

 

***
 

Habil Əliyev Lütfiyar İmanovu rayonların birində toy məclisinə göndərir, ona qarşılığında yüksək məbləğdə zəhmət haqqı veriləcəyini söyləyir. İmanov rayona çatanda deyilən ünvana gedir.

Məlum olur ki, nə toy var, nə dəvət. Bunun Habilin bir zarafatı olduğunu başa düşüb kor-peşman Bakıya qayıdır. Flarmoniyada Habili görən kimi ona tərəf yüyürür ki, ürəyini boşaltsın.

Habil cəld aradan çıxıb özünü bayıra atır, taksiyə oturur. İşıqforda taksiyə çatan Lütfiyar maşının sürücü olan pəncərəsinə özünü yetirir və yazılası mümkün olmayan "ürək sözlərini” deyir.

Habil Lütfiyarın ürəyini tamam boşaltmasını gözləyir, sonra isə ona aid deyilmiş kimi sakitcə sürücüyə tərəf dönüb deyir:

- Qardaş, sizin nə pis zarafatınız var…

(səs: 4)
Şərhlər: 5
Baxılıb: 5 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri