Nizamsız yuxu ömrü qısaldır

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1 893
Səs ver:
(səs: 0)
Mütəxəssislər insanlara yuxunun əhəmiyyətini, nizamlı yuxu üçün ediləcəkləri və yaşlanma ilə bağlı meydana çıxan yuxu pozuntularını danışdı. İnsan ömrünün üçdə biri yuxuda keçir. 90 yaşına qədər yaşayan bir insan orta hesabla 32 il yatır. Aparılan elmi tədqiqatlar, yuxunun həyatın davamı üçün lazımlı və zərurət olduğunu göstərir. İnsanların qocalmağa başladıqca yuxusunda bəzi dəyişikliklər baş verir. Qocalıqda qısa yuxular gün ərzində artır. Yuxuya keçid müddəti uzanır. Gecə oyanma tezliyində artım olur, yuxu bölünməyə başlayır. Dərin yuxuya getmə azalır. Bu azalma 50 yaşından sonra qadınlarda 25%, kişilərdə isə 75% müşahidə olunur. Sağlam yuxu üçün qəhvə vә çayı yatma saatına yaxın qəbul etməyin. Gec saatda yemək yeməyin, amma ac da yatmayın, həmişə eyni saatda yatın. Səhər yuxudan oyanarkən mütləq ən azı 15 -20 dəqiqə günəş işığı qəbul edin, yataq otağınızın səssiz və qaranlıq olmasına diqqət edin və daima öz yatağınızda yatın.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri