Niyə çəhrayı qadınların, mavi isə kişilərin rəngidir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 513
Səs ver:
(səs: 1)
Kişilərin qadınlardan üstün tutulduğu tarixi keçmiş.

Qədim zamanlardan bəri bir çox mədəniyyətlərdə kişilərin həyatda qalması qadınların yaşamasından daha vacib idi. Həmçinin qədim insanlar uşaqların şeytani ruhlardan qorunmasına da inanırdı. Ona görə də mavi şeytani qüvvələrdən qoruyan rəng kimi qəbul edilmiş və bütün oğlan uşaqları mavi geyindirilirdi. Məsələn, göz muncuğunun rəngi də mavidir.

Hətta qızların sərbəst və müdafiəsiz buraxılaraq, şeytani ruhları sakitləşdirməkdə istifadə edildiyi düşünülürdü. Lakin daha sonra qızlar heç bir özəlliyi olmayan və məna daşımayan çəhrayı rənglə mükafatlandırıldılar.

Bu gün psixoloqlar müxtəlif rənglərin uşaqlar üzərindəki təsirindən bəhs edirlər. Belə ki çəhrayı rəngin uşaqlara sakitləşdirici təsiri vardır. Mavi rəng də çəhrayı rəng kimi eyni təsirə malikdir. Hətta psixiatrik xəstəxanalarda çəhrayı rəng xəstələri sakitləşdirməkdə istifadə edildiyi halda, otaq və dəhlizlər mavi və ya çəhrayı rəngə boyanır.

Bu rənglərin uşaqların qan təzyiqini aşağı saldığı, diqqəti artırdığı elmi araşdırma və sınaqlarda sübut olunmuşdur.

Sarı rəng uşaqları sevindirir, qırmızı isə uşaqlar üçün ən pis rəng kimi dəyərləndirilir. Çünki qırmızı rəng qan təzyiqi, tənəffüs yolu, ürək ritmi, beyin və əzələ ritmləri kimi bədəndəki hərəkətliliyi artırır.

Odur ki, uşaqlarınıza nəsə bir şeyi aldıqda və ya otaqların divarlarını boyadıqda bu məlumatlardan faydalanmağınızı tövsiyyə edirik.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri