14 uşaq anası:"Övladlarıma nifrət edirəm!"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 738
Səs ver:
(səs: 5)
 O, 14 uşaq anasıdır və 8 övladı bir gündə doğulub.  36 yaşlı Nadya Süleyman dünyanın nadir analarından biri, bir gündə 8 övlad dünyaya gətirmiş qadın olsa da, özünü yaxşı valideyn hesab etmir. Onun sözlərinə görə, ərsiz qadın üçün 14 övladı saxlamaq, böyütmək və tərbiyələndirmək həddən ziyadə çətindir.

O, "İnTouch" jurnalına verdiyi müsahibəsində bildirib ki, 8 körpəsindən savayı 6 uşağına nifrət edir.
"Onlar əsl heyvanlardır və bu adamları mən dünyaya gətirsəm də, onlara nifrət edirəm. 6 uşağım vəhşidirlər, heç bir tərbiyələri yoxdur və məni bezdirirlər", - Nadya Süleyman söyləyib.

Nyu-Yorkda Hovard Sternin verilişinə qatılan 14 uşaq anasının dediyinə görə, dəfələrə vanna otağına girərək ağlayıb.

"Bəzən orada saatlarla otururam, hətta naharımı da unitazda oturaraq yeyirəm. Sakit ailə, sakit həyat istəyirəm. Bu altı uşaqla isə yaşamaq mümkün deyil. Onların öhdəsindən gələ bilmirəm. Dəfələrlə intihar barədə düşünmüşəm", - Nadya Süleyman söyləyib.

Kaliforniya ştatının La Hambra şəhərində yaşayan Süleymanın sözlərinə görə, övladlarını sevir, amma onları doğmasına peşmandır.

"Böyük ailə ilə bağlı arzum indi ən böyük dəhşətimə dönüb. Bank hesabımda cəmi 300 dollar pul var və həmin məbləğ ipoteka kreditini, uşaqların yemək, məktəb xərclərini ödəməyə çatmır", - söyləyən 14 uşaq anası işsizdir və dövlət yardım proqramı çərçivəsində aldığı müavinət hesabına yaşayır.

 


 

 

 

 

 
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 5 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri