Haker anadan oğluna inanılmaz məktub - MƏTN

Müəllif: Narminovski
Şərhlər: 5
Baxılıb: 2 168
Səs ver:
(səs: 0)
Əvvəllər uşaqlar analarını həmişə mətbəxdə, onlardan sonra gələnlər televizorların önündə, müasir nəsil isə analarını kompüterin qarşısında görərək böyüyür. Bəs haker ana ilə yaşamağı necə təsəvvür edirsiniz?

Sizə maraqlı bir ana məktubu təqdim edirik:

Əziz oğlum!

Məktubumu oxuyursansa, demək internetin axır ki bitib. Provayderə zəng vurmağı, ya da brauzerin ayarlarını eşələməyi ağlına da gətirmə. Sənə indi lazım olan şey aşağıdakıları etməkdir:

1. Aptekə get, baban üçün dərman al. Resept dəhlizdəki güzgünün qabağındadır.

2. Sonra supermarketə get 1,5%-lik süd, doğranmış baton çörəyi və çay al. Dayanacağın yanındakı tərəvəz köşkündən iki kiloqram kartof, yarım kiloqram soğan və kələm al. Bütün çekləri saxla.

3. Mobil telefonum yadımdan çıxıb evdə qalıb. Atana işə zəng vur, de ki, şəkillər bu gün hazır olmayacaq. Elə zəng vurmuşkən evə gələndə camaşırxanadan paltarları da götürməyi xahiş et. Zəngdən əvvəl ekranda telefon ikonlu proqrama (desktopda sağ yuxarı küncdə) tıklayıb, atanın dediklərini *.wav. fayla yazmağı unutma.

4. Ev tapşırıqlarını et – düzdü, tapşırıqlar təkcə riyaziyyatdandır, amma bu, sənə əsas vermir ki, onu gecəyə saxlayasan.  Dərsliyin səhifələri – 116, 121, 118.  Üçüncü tapşırıqda tənlik qurmaq lazımdır, axradakı cavablara baxmaq yox.

5. Sonra otağında təmizlik elə. Hər şeyi yerbəyer edəndə plastmas bankadakı konstruktorun detallarını say, rəfdəki disklərlə oyuncaqların, qutudakı maşınların sayını yadda saxla.

6. Bundan sonra brauzeri aça bilərsən. Aldığın rəqəmi http:// adresinə arada nöqtələr qoymaqla yaz. Qarşına bir cədvəl çıxacaq. Dəyişiklik etmək üçün "şifrə” pəncərəsində ikinci, üçüncü və birinci tapşırığın cavablarını yaz. Sol sütunda IP-mizi tap və yanındakı pəncərəyə bayaqkı mağaza çeklərində aldıqlarının son iki rəqəmlərini bu ardıcıllıqla ora yaz: tərəvəzlər, çay, süd+çörək, "Sustak”, "Fleksalis” və "Настойка пустырника”.  Qalan hissəyə də 0 yazıb "Ok” düyməsini vur.

7. İndi internetdə otura bilərsən. Birdən "zalım əmi” zəng vurub desə ki, o, "sistem administratoru”dur və telefonda dava etməyə başlasa, bayaqkı faylda atanın cavabını ona yönləndir.

Ümid edirəm, səndə hər şey alınacaq. Mənsə axşam gəlib sənə balaca bir haker qızın vaxtı ilə "Microsoft”un və ərəb terroristlərinin serverini sındırdığından danışacam.

Öpürəm!
Anan.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri