Qızını döyməyən ata...

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1271
Paylaş:
Səs ver:
(səs: 1)


Atalar qızların sosiallaşmasına necə təsir göstərirlər?

Ailələr və onların idarə olunması nə qədər fərqlidirsə, övladların da sosiallaşma səviyyəsi bir o qədər dəyişikdir. Şübhəsiz, valideynlər uşaqların kommunikativliyində az rol oynamırlar. Şərq cəmiyyətlərində tipik bir ailə modeli var: ata idarəedəndir, ana məişət iş və tərbiyə işlərinə aludə olan, oğlanlar nisbətən sərbəst, qızlar isə ata və anadan asılı şəxs.

Bu modelin həqiqətə nə qədər uyğun olub-olmamasını müəyyənləşdirmək üçün "Tubitak” təşkilatının alim və psixoloqları bir sıra araşdırmalar aparıblar.

Proyektdə əsas məqsəd yetkinlik dövründəki qızların həmin dövrdə ataları ilə münasibətlərini aydınlaşdırmaq olub. Bu məqsədlə 15-18 yaş arası 300 qız şagirdinin özlərinə və atalarına 30 sualdan ibarət anket təqdim olunub.


Atalar: "Qızını döyməyən, dizini döyər”

Anketlər ilk olaraq 300-ə yaxın ataya təqdim olunub. Atalara müxtəlif tipli suallar verilib. Məsələn, "Qızınızın sevgilisi olmasını qəbul edərdinizmi?”. Ataların 83%-i bu suala: "Qəbul etmərəm”, - cavabını verib.

"Qızlarınızın sosial və mədəni bir vətəndaş olaraq böyüməsini istərdinizmi” sualına ataların 91,6%- i "bəli”, 75,3% isə: "yetər ki qızım sosial olmaq istəsin, ona maddi, mənəvi bütün köməyi göstərərəm”,- deyiblər.

Eyni suala cavab verən başqa bir qrupda isə cavablar xeyli fərqli olub. Belə ki, 43,3% ata qızının çox sosiallaşarsa, dərslərində uğursuz olacağına inanır, 81%-i isə "Qızım getsin dərsini oxusun, ora-bura getməsindən xoşum gəlmir”, - fikrində olduqlarını bildiriblər.

Bundan başqa, onlara qızlarına fiziki zorakılıq edib-etmədikləri də sual olunub. Cavab gözlənilən olub: onların 6,3%-i hadisələrin gedişatına uyğun cüzi zorakılıq etdiyini, 40,6%-i isə "Qızını döyməyən dizini döyər”, - atalar sözünə haqq verdiklərini vurğulayıblar.

Araşdırmalar həm də ataların qızlarına inanmadıqlarını a ortaya çıxarıb. Proyekt çərçivəsində ataların yalnız 8,3%-i "Qızıma etibarım sonsuzdur” desə də, ataların 22%-i qızı ilə bağlı qulağına hər hansı bir şayiə gəlib çatarsa, ona deyil, ətrafdakılara inanacağını söyləyiblər.


Qızlar: "Atam bir az müasir düşüncəli olsun”

İndi isə qızların cavablarına diqqət yetirək. Yetkinlik dövründəki qızların əksəriyyətinin özlərini anaları yaxın hiss etdikləri və sirləri, fikirlərini ataları ilə paylaşmaqdan qorxduqları ortaya çıxıb.

Qızların 79,3%-i sevgilisi olsa belə, onu heç vaxt atası ilə tanış etməyəcəklərini bildiriblər.

Qızlar atalarının "köhnə fikirli” olmalarından da şikayət ediblər. Hətta 22,3% qız atalarının onların məktəbdəki "məzun partisi”nə gəlmək istədiklərini deyərək, bunu çox köhnə düşüncəli addım hesab etdiklərini deyiblər. Onların 62,6%-i atalarının daha müasir baxışlı olmalarını arzulayıblar.

Anketə cavab verən qızların 9,6%-i ataların onların fikirlərinə və həyat tərzlərinə qarışmağından çəkindiklərini nəzərə alaraq: "Çox avtoritar olmasaydı, daha yüngül və rahat həyat yaşayardım. Daim ciddi, məsuliyyətli həyat çox sıxıcıdır” cavabını veriblər.


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1271
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv