Təkərlər sürücüyə təhlükə barədə xəbər verəcək

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 521
Paylaş:
Səs ver:
(səs: 0)
Tezliklə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bütün avtomobil şinləri elektron pasportlarla təmin olunacaq. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

"Ağıllı təkərlər" mobil qurğu vasitəsilə maşın sahiblərinə təhlükə barədə məlumat verəcək. Чüsusi rəqəmsal çipi olmayan təkərlər artıq gələn ilin əvvəlindən qanundankənar hesab ediləcək və ölkə ərazisində istifadəsi qadağan olunacaq. Əmirliklərin Standartlaşdırma Xidmətinin nümayəndəsi mühəndis Casem əl-Əli qəzetə bildirib: "Əsas məsələ BƏƏ-də havanın həddindən artıq isti olmasındadır. Adi təkərlər yüksək temperatura davam gətirmir, sıradan çıxır, eləcə də istismar prosesində partlayır. Tərəfimizdən belə təkərlərin səbəb olduqları çoxsaylı bədbəxt hadisə qeydə alınıb".
 
Уlektron pasport təkərlərin hər birində yerləşdirilməlidir. Onlar buraxılış tarixi, texniki xüsusiyyətlər haqqında tam məlumata malik olacaq. Bu məlumatı alıcının mobil telefonu vasitəsilə oxumaq mümkün olacaq. "Ağıllı təkərlər" maşın sahibini təkərlərin dəyişdirilməsi və deformasiya təhlükəsi barədə də xəbərdar edəcək. Xidmətdən qəzetə verilən məlumata görə, artıq gələn ildən polis müfəttişləri belə rəqəmsal pasportların mövcudluğunu yoxlayacaq və ola bilsin ki, qeyri-leqal şinləri müsadirə edəcəklər.
 

 

 

 
 

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 521
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook