Bu yazını sənə yazdım uşaqlığım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 478
Səs ver:
(səs: 3)
Salam... çox uzaqlardan gələn çobanyastığıdan ancaq tac hazırlamağı bilən kiçik qız. səni görəndə bir daha anladımki sənə aid hər şeyçün darıxmışam. amma ən çox da bu gülümsəyən üzünçün , birdə ancaq bayramlarda geyinə bildiyin qırmızı ayaqqabılarıçün darıxmışam. səndən sonra çox payız yaşadı ruhum, dünyam həyat deyilən fəsil tökdü yarpaqlarımızı amma bilirəmki hər tökülən yarpaqlardan sonra xatirələ ağacda yeni yağaqla yeləşdirəcək. Sənə baxdıqca baharı xatırlamaq istəyirəm

Qara saçlarındakı hörüklər hələ çox təzədir. bilmirəm bəlkə də mənə yeni kimi gəldi. Halbuki həftədə bir gün onları hördürmək üçün azmı dil tökərdin canım anama ağ bantik də düzəltmişdi mənə öz əlləri ilə?
Görürəmki hələ oyuncağın yoxdu. Sənə barbi kuklalar almışam. hamısı olmayan otağının , olmayan şkafında.

Qışlar əvvəlki qədər çox deyil artıq. qar yağır əriyir ...yağır əriyir
bilmirəm bəlkə də qar adam hazırlayacaq yaşda deyləm artıq ondandır nədir?? yalnız basıb keçirəm qarların üzərindən təki kiçik ürəyinə yağmasın narın-narın qarlar
Əminəm mətbəxdən yeni gəlmisən. yanaqların qızarıb nə isə səhv etmisən yenə??? bilirsən mən hələdə bir səhv edəndə günahkar insan kimi qızarıram... səndən mənə qalan ən gözəl xatirədir. bax yenə dırnaqlarını yemisən. Elə bilməki görmədim.

Hələdəcizgi film izləyirsən ? tık-tık xanımı, ağca qızı, cırtdanı...;)) çox şey dəyişməyib əslində kanalların sayı çoxalıb. Həftəsonu izlədiyin bütün cizgifilmləri 24 saat izləyə bilirsən artıq. mənasız, məntiqsiz seriallardan heç danışmayım. artıq xəbərləri izləyirəm yalnız. ehh hərdən birdə olsa da kompüter də var həyatımda. gücünün çatmadığı işlərdən əl çək bu günlük mən icazə verirəm çıx bayıra, istədiyin qədər oyna mən qonağam gələcəkdəki həyatından bax məndə sənin kimi uzaqlardan gəlmişəm gəldiyim zamanda uşaqlar daha fərqli idi ''haradan bilirsən''? deyəcəksən bəlkə də bilirəm çünki hamısını mən oxuduram. sənin yaşında dünyanın fərqli yerlərindən tutub öz şagirdlərimə qədər onlarla uşaq var həyatımda gözlərində parıltı
Yadındadır??? uşaq jurnallarından və təqvim yarpaqlarından yığdığın kiçik yazılar var idi. bax onları hələ də saxlayıram arada saralmış köhnəlmiş olmasına baxmayaraq baxıb səni xatırlayıram. uşaq vaxtı tutduğun şəkil dəftərini xatirə dəftərini??? məni kədərləndirmək üçün???

artıq xəyal etdiyindən də çoxusu var. Artıq onlarla romanım, yüzlərlə kitabım var. Ahmed Günbay Yıldız hələ də ən çox oxuduğum yazıçıdır. Sənin oxumaq üçün yoldaşlarından borc aldığın bütün əsərləri artıq kitabxanamda toplamışam aldığım maaşımla. axşamlar hələ də tez yatıram. Amma artıq tez yuxular görüm deyə yox, yoruluram və günlər yay günləri qədər uzun gəlməyə başlayır mənə

Mənə yaşatdığın bu 10 dəqiqə üçün təşəkkür edirəm öz dünyana gedəndə sənə son dəfə demək istəyirəm:

Ən böyük sevgilər uzaqlarda idi həmişə bizim üçün amma artıq yanıldığını bilirəm kiçik qız . Ən böyük sevgi ürəyimizdə və başımızın üstündədir. Ümidləri və sevgiləri uzaqlara həbs etməkdən imtina etməlidir insan Uzaqlar sirrli olduğu üçün gözəldir. Həyat hər an çirkin üzünü nə qədər gizlətsədə hər kəsdən. Körpünün altından bəzən sel bəzən aydınlıq gələcək sənə. Önəmli olan o körpünün seldən sonra da ayaqda dura bilməyidir. unutmusan xəyal etməyi... səninlə öyrəndim mən. mənə təmiz olaraq nə buraxmısansa hamısını bu əlimdəki güllərlə birlikdə qoymaq istəyirəm kiçik qucağına.

Səndən sonra bir çox hekayə öyrəndim bilirəm hekayələri sevirsən. sənin üçün yeni , mənim üçün köhnə bir hekayə var ağılımda "Bir müdrik adam, səhrada şagirdləriylə oturarkən belə deyir: ‘Gecə ilə gündüzü necə ayırt edərsiniz? Tam olaraq nə vaxt qaranlıq başlayır, nə vaxt etraf aydınlıq???' Şagirdlərdən biri; ‘Uzaqdakı sürüyə baxaram.' deyir. ‘qoyunu keçidən ayıra bilmədiyim vaxt axşam olub demək.' Başqa bir şagird söz alır və ‘Bilirsiz??' deye başlayır. ‘Əncir ağacını, zeytun ağacından ayırdığım zaman, anlayıram ki səhər başlayır.' Müdrik adam belə deyir: "Gedəndə qarşıma bir qadın çıxanda, gözəl ya çirkindi?? qaramı ağmı deyə ayırmadan ona insan deyə bildiyim zaman və yenə gedəndə qarşıma çıxan kişini, varlımı, yoxsulmu ,yaraşıqlımı , çirkinmi deyə baxmadan tanıdığım zaman bilərəm ki, səhər olub artıq. AYDINLIQ başlayıb…" İnsanların bir-birinə sevgiylə və xoşgörüylə baxdığı bu anlayışı tutduğumuz zaman, dünyanı içinə məhkum olduğu qaranlıqdan çıxararıq əminəm. Qaranlığa hebs edilen ürəklərimizin işıqlığa qovuşması yenə bizim əlimizdədir. Rahatlığın, dincliyin, gül qoxularının və nurlu üzlərin doğulduğu günlər uzaq deyil. Hiss etmək. Yalnız səndə var bu hər şeyə bərabər xüsusiyyət Çünki sevilir, sevir və hələ sevgi bəsləyirsən eynilə mənim kimi. Sevgi daha çox qırılmadan, eşq daha çox maddələşmədən, ümid yox olub getmədən və içindəki enerji bitmədən yaşamağa davam etməlisən

Bu qədər vaxt içində, nə dostlarıma, nə sevdiklərimə salamat qalın demədim. Səndən öyrəndiyim sözü qulağına pıçıldamaq istəyirəm... "XAhiş edirəm məni buraxma" iri qara gözlərimlə sənə uzun uzun baxıb diz çöküb zəif bədəninin yanında, səni doyana qədər qucaqlamaq ag yanağından yavaşca öpmək və bunları edərkən kim olduğumu bilməməyini istəyirəm.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri