Eynşteyn niyə dilini göstərmişdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 710
Səs ver:
(səs: 4)
Çox güman ki, niyəsini bilmirsiniz. O zaman ardını oxuyun.

Planet sakinlərinin böyük hissəsi Albert Eynşteyn’i "dəli alim” kimi qəbul edir. Bu obraz milyonlarla insanın ağlında böyük alimin əqli vəziyyəti ilə yox, onun qeyri-adi xarici görünüşü sayəsində yaranıb.

Bütün həyatını elmə həsr edən görkəmli fizik adi sviter, dağınıq saçları və "daxilinə çevrilmiş gözləri ilə” kütlə qarşısına çıxırdı – alimin ağlı daim mürəkkəb problemlərin həllini tapmaqla məşğul idi. Unutqanlığı ilə də tanınmış mülayim və ağıllı insan öz mənfəətləri üçün yox, bütün bəşəriyyət naminə kəşflər edirdi.

Albert Eynşteyn bütün həyatı boyu yalnız bir dəfə öz şəxsiliyi ilə bağlı sirr pərdəsini qaldırdı və özünə daha böyük maraq yaratdı. Bu onun 72-ci ildönümünün qeyd edildiyi gün, 14 mart 1952-ci ildə baş verib.

Fotoqraf Seyss Eynşteyn’dən ciddi tədqiqatçı kimi görünməyini xahiş edib, lakin o dilini çıxararaq sadəcə ciddi tədqiqatçı yox, gülərüz bir adam olduğunu göstərib. Dahi alimin bu şəkli belə yaranıb.

Qısa müddətdə bütün dünyanı gəzən bu şəkil kəsilmişdir – şəkildə həmçinin "Eydelot” ailəsi də var idi. Albert Eynşteyn sonralar onu yeni il açıqcası kimi dostlarına göndərirdi. Yalnız 9 orijinal şəkil çap olunub və onlardan biri 2009-cu ildə 74000 dollara satılıb.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri