Gənclər zəmanə uçurumunda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 692
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-02/1328188567-435.jpg

Gənclik 18-25 yaş arası dövrdür. Bu dövr əyləncəsiylə, özünü yetişkin hiss etməsiylə, dava-şavasıyla və s. ən gözəl dövrdür. İstər gəncin fikirləri ilə, istər onun fəaliyyətləri ilə, istər məsələyə yanaşmasıyla və s. gənclik çox fərqli duyğudur.
Bildiyimiz kimi insanın ilk dəfə hansısa bir işi görməsi çox böyük maraq cəlb edir. Gənclikdə də insan həyata yeni-yeni atıldığı üçün çox böyük maraq və həyəcan cəlb edir. Bu dövrdə kimisi oxumağına davam edir və elminə elm qatır, kimisi artıq məsləyini seçmiş və işinin başında olur, kimisi də hələ yolunu, məsləyini seçməmiş olur və s.
Böyük alimlərdən biri gəncliyin 18-yaş dövrünün insan ağlının zirvəsi kimi dəyərləndirmişdir.
Gürcüstan gün küçdikcə daha da gözəlləşir. İnsanlar üçün parklar və gəzinti yerləri düzəldilir. Amma bu ölkədə gənclərə heç də fikir verilmir. Bu gənclər demək olar ki, bütün boş vaxtlarını çayxanalarda, kafelərdə keçirdirlər. Çünki məşğul olmağı cəlb edən şeylər yoxdur.
" Gənclərimiz üçün bir cəlb edici məşğuliyyət yoxdur. Elə buna görə də gənc nəsil vaxtını çayxanalarda domino oynayıb, çay içərək keçirdir. Onlar bizim gələcəyimizdirlər. Bir gün vaxt gələcək böyüyüb iş sahibi olmalı olacaqlar. O zaman gəncliklərini çayxanada keçirtməyin və məşğuliyyət tapa bilməmələrinin cəzasını çəkəcəklər. Bu kimi şeylərin bizim gələcəyimizə pis təsir göstərməməsi üçün, gənc nəsli həvəsləndirmək və onlar üçün cəlb edici məşğuliyyətlər tapılmalıdır " Tərbiyyəçi müəllimə Xasməmmədova Svatlana belə dedi.
Bəli bu doğrudan da belədir. Gənclərimiz bir çox şeydən məhrumdurlar. Maraqlı bir yığıncaqlarda iştirak edə bilmirlər. Bir çox bacarıqlı gənc bacarığını sərgiləyə bilmir. Çünki onun bacarığını kəşf edən və ya etməyə çalışan kəslər yoxdur. Onların " futbolçu, basketbolçu və s. olmaq istərdim " deməkdən başqa çarələri yoxdur.
" Gənc nəsli qınamaq olmur. Burada gənclərə fəaliyyət yaradılması üçün büdcə ayrılmır. Onlar da vaxtını çayxanalarda keçirdirlər. Gənclik ən gözəl dövrdür. Amma heyif ki,indiki gənclər gəncliklərini düzgün yaşaya bilmirlər " Məmmədov Təbriz belə dedi
Bu gənc yaşda bir çox gəncin psixoloji problemləri olur. Eləcə də bir çoxunun nə yatmağı, nə də qalxmağı vaxtı-vaxtındadır. Bir çox gənc səhərə qədər kampiter qarşısında oturur, gec yatır və gec də qalxırlar. Çünki onlar tez yatıb, tez qalxmaları üçün məhsuliyyət daşımırlar.
" Gənclər indiki dövrdə boş vaxtlarını çox hədər edirlər. Buna ən başlıca səbəb də valideynlərin uşaqları üçün çox yaxşı mühit yaratmalarıdır. ( maşın alırlar,normaldan artıq pul verirlər və s. ). Bu da onların uzərindəki məhsuliyyətləri aradan qaldırır və gənclər onlara yaradılan mühitdən istifadə edirlər. Amma əgər insan bilsə ki, onun əldən verdiyi vaxtı geri gətirmək mümkün deyil, o insan heç vaxt öz vaxtını boşa sərf etməz.
Böyük alimlərdən olan Xamnei gənclik barəsində belə deyir: "Ən xoşbəxt cavan bu üç xüsusiyyətə malik olandır. 1. Onu yaradana inam. 2. Elm. 3. İdman. " İmam Əli(ə) məscidinin Hacısı Hacı Hacıyev belə dedi.
Gənclərin bele həyat tərzində yaşamasına nəticə kimi baxsaq daha düzgün olardı. Bildiyimiz kimi nəticə səbəbdən asılı olur, ondan irəli gəlir. Bundan da bu nəticə çıxır ki, səbəb olmadan nəticə öz-özünə yarana bilməz. Gənclərin də bu problemini aradan qaldırmaq üçün də səbəbi tapıb aradan qaldırmaq daha məsləhətli olardı.
Heç bir şey ilk defə olduğu kimi həycənlı və sevincli etmir insanı. Və bizə qalan sadəcə o andır. Bax buna görə də o anları yaxşı dəyərləndirməliyik

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri