2256-cı ildən 2002-ci ilə səyahət etmiş, Gələcəyin adamı

Müəllif: Miss_Oxatan
Şərhlər: 3
Baxılıb: 1 843
Səs ver:
(səs: 0)


2002 – ci il dekabr ayı ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FBİ) Nyu-York ştatında 44 yaşlı kişini dələduzluğ şübhəsi ilə saxlayır. FBİ- ın ittihamlarına görə o birjada oyunlar zamanı İnsayder məlumatlarından istifadə etdiyi üçün saxlanmışdır

İnsayder (ing. insider) — geniş kütləyə məlum olmayan İnsayder informasiyasına aidiyyatı olan hər hansı qrup üzvü. Termin bağlı informasiyaya aidiyyatı olan insanlar haqqında işlədilir.İnsayder sahə üzrə mütəxəssisdən fərqlənir. Mütəxəssis sahə üzrə nəzəri məlumata və ya məntiq nəticəsində məlumata malik olur. İnsayder isə birbaşa məlumat ala bilir)

O güya ki, şirkətlərin menecerləri ilə danışıqlar aparıb kommersiya məlumatlarını əldə edir və bunun nəticəsi olaraq böyük maliyyə uğurları qazanırdı. 800 dollarlıq ilkin Kapital ilə o 2 həftəyə 350 milyon dollar qazanır. 126 ən riskli sövdələşməyə girişir və inanılmaz pullar qazanır.

Məhz buna görə o Qiymətli Kağızlar Komissiyasında çox şübhə doğurur. Tutulandan sonra adının Endry Karlsin olduğu üzə çıxır. Endryu özünə qarşı irəli sürülən ittihamlarlar razılaşmırdı və bu işdə şəriksiz tək olduğunu iddia edirdi. Bəs bu məlumatları necə əldə etmisən sualına o "Gələcəkdən alıram” deyə cavab verirdi və cavabına "elə oradan gəlmişəm” kəlməsini əlavə edirdi. O durmadan deyirdi ki, mən gəldiyim yerdə indi 2256-cı ildir. "Gələcəyin adamı” haqqında insanlar 2003-cü ildə xəbər tutur.

Weekly World News onun haqqında məqalə gətirərkən araşdırmaçıların birinin fikrini də sitat gətirmişdir. O deyirdi – "Endryu Karlsının adı heç bir sənədlərdə yoxdur, biz bir kağızda onu tapa bilmədik, heç kəs onu daha öncə heç bir yerdə görə bilməyib” . Onlar əlbəttə ki, maşınla zamana səyahət söhbətlərinə inanmırdılar, lakin 2002-ci ilə qədər Endryunun varlığı barədə bir sübut əldə edə bilmirlər.

Bir müddət sonra məlumat Yahoo xəbərlərinə daxil olur və 1000-lərlə saytlarda dərc olunur. İşin qəribə tərəflərindən biri də o idi ki, hətta insayder məlumatlarına malik olsan belə bu cür qısa müddətdə risklərə girərək milyonçu ola bilməzsən. Bu da onun gələcəkdən gəlməsi söhbətini məcburən reallığa çevirirdi.

Endryunun buraxılması üçün kimsə 1 milyon dollar girov qoyur. O həbsxanadan çıxır və əlbəttə ki, yoxa çıxır. Bu dəfə də bir qəribəlik baş verir, Weekly World News-da Endryu barədə məlumat itir. Yahoo News-da da o itir. Qalan məlumatlar, ancaq nüsxələrdəki məlumat olur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri