Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər..[ Həzrəti Əli əleyhissalam ]
İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi,axtar bir bucaq..[ Nizami Gəncəvi ]
Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa.. [ İmmanuil Kant ]
Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına
qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz.. [
İohan Vilhelm Snelman ]
Gənclik
yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi
dəyərlərinə, sadiq,əyilməz,alnıaçıq,həm də dükənməz gücdür..[ "Fyüzat”
jurnalından ]
Zamanın hər
parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları
çiyinlərində daşıyan xalq qəhrəmandır.. [ "Fyüzat” jurnalından ]
Ömrün ən təhlükəli dövrü gənclikdir..[ Corc Noel Qordon Bayron ]
Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.. [ Nikolay Vasilyeviç Qoqol ]
Cavanlıqda odun yığsan, qocalıqda üşüməzsən..[ Afrika atalar sözü ]
Gənclik,əlbəttə, başqa nemətdir,
Unutulmaz böyük səadətdir.. [ Hüseyn Cavid ]
Gənclik bir qızılıdır,ömrün əlindən
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsilə həmin qızılı
Torpağı yuyuram göz yaşıyla mən.. [ Əfzələddin Xaqani ]
Müstəqil
həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, öünə
arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər..[ Fransuo
de Laroşfuko]
Yetişmək üçün meyvənin günəşə, cavanın öyüdə ehtiyacı var.. [ Naməlum ]
Cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.. [ Naməlum ]
Cavanlıqda əkdiyini qocalıqda biçərsən..[ Henrik
İbsen ]
Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.. [ Napoleon Bonapart ]
Gənclik insana gözəllik verən,
Gözəllik sönərsə, qəlb olurmu şən?..[ Nizami Gəncəvi]
Dünyada ən ağıllı iş gənclikdə qazandığın elmi qocalıqda xərcləməkdir.. [ Ceyms Rendal ]
Hər
bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin
gənclərinin alacaqları tərbiyədən asılı olur..[ Uilyam Şekspir ]