Dünyada ən çox içki içilən 10 ölkə

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 179
Səs ver:
(səs: 2)
İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının bir neçə il apardığı araşdırma nəticəsində, müxtəlif ölkələrdə adambaşına içilən içkinin miqdarı hesablanmış və ölkələr bu miqdara əsasən sıralandırılmışdır.

Araşdırmaya əsasən, adambaşına ildə 14 litr içkinin içilməsi ilə Litva birinci yerdədir. Bu ölkəni 11-12 lirt ilə Avstriya, Estoniya və Çexiya izləyir. Bu rəqəmlərə əsasən İndoneziya siyahının ən aşağısındadır. İndoneziyanın üstündə Türkiyə, İsrail və Hindistan yerləşir. Siyahıda aşağıda yer alan bir neçə ölkə dini və mədəni qaydalar ucbatından, içki içmək təqdir olunmadığı üçün daha məhdud qaydada içki istehlak edir.

2000-ci il rəqəmləri ilə müqayisədə insanların daha az içki içdiyini müşahidə etsək də, bu çoxluğun əksinə olaraq, Litva, Polşa və Rusiyada içki istehlakı yüksəlib. Bu araşdırma maraqlı nüansı da ortaya çıxarıb. Əksər ölkələrdə əhalinin çox içki içən qrupu istehlakın böyük hissəsini təşkil edir. Məsələn, Macarıstanda içki istehlakının 90 %-i əhalinin cəmi 1/5-i tərəfindən qarşılanır. Fransada isə bu rəqəm təxminən yarı-yarıyadır.

Qadinlar.Biz ən çox içki içilən 10 ölkə ilə sizi tanış edir. Siz də içki içməyi sevirsinizsə, o zaman bu ölkələrə səyahət etməlisiniz!

1. Litva
2.Avstriya
3. Estoniya
4. Çexiya
5. Rusiya
6. Macarıstan
7. Fransa
8. Lüksemburq
9. Almaniya
10. Polşa
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri