İqtisadi
Əməkdaşlıq və İnkişaf təşkilatının bir neçə il apardığı araşdırma
nəticəsində, müxtəlif ölkələrdə adambaşına içilən içkinin miqdarı
hesablanmış və ölkələr bu miqdara əsasən sıralandırılmışdır.
Araşdırmaya
əsasən, adambaşına ildə 14 litr içkinin içilməsi ilə Litva birinci
yerdədir. Bu ölkəni 11-12 lirt ilə Avstriya, Estoniya və Çexiya izləyir.
Bu rəqəmlərə əsasən İndoneziya siyahının ən aşağısındadır.
İndoneziyanın üstündə Türkiyə, İsrail və Hindistan yerləşir. Siyahıda
aşağıda yer alan bir neçə ölkə dini və mədəni qaydalar ucbatından, içki
içmək təqdir olunmadığı üçün daha məhdud qaydada içki istehlak edir.
2000-ci
il rəqəmləri ilə müqayisədə insanların daha az içki içdiyini müşahidə
etsək də, bu çoxluğun əksinə olaraq, Litva, Polşa və Rusiyada içki
istehlakı yüksəlib. Bu araşdırma maraqlı nüansı da ortaya çıxarıb. Əksər
ölkələrdə əhalinin çox içki içən qrupu istehlakın böyük hissəsini
təşkil edir. Məsələn, Macarıstanda içki istehlakının 90 %-i əhalinin
cəmi 1/5-i tərəfindən qarşılanır. Fransada isə bu rəqəm təxminən
yarı-yarıyadır.
Qadinlar.Biz ən çox içki içilən 10 ölkə ilə sizi tanış edir. Siz də içki içməyi sevirsinizsə, o zaman bu ölkələrə səyahət etməlisiniz!
1. Litva
2.Avstriya
3. Estoniya
4. Çexiya
5. Rusiya
6. Macarıstan
7. Fransa
8. Lüksemburq
9. Almaniya
10. Polşa