Rio de-Janeyro haqqında maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 982
Səs ver:
(səs: 1)
Rio de-Janeyro-nun əhalisi təqribən 6,5 milyon nəfər təşkil edir. Bu Braziliyada San-Pauludan sonra ikinci böyük şəhərdir. Şəhərin əsası 1 mart 1565-ci ildə qoyulub və ilk olaraq Portuqaliya kralı I Sebastianın şərəfinə San-Sebastian de Rio-de-Janeyro adlandırılıb. Şəhərin adının tərcüməsi isə “yanvar çayı” mənasını verir.

1808-ci ildə Napoleon qoşunlarından qaçan Portuqaliya kralı ailəsi ilə birlikdə Rio-de-Janeyroya gəlir. Şəhər Portuqaliya Birləşmiş Krallığının və Alqarvenin paytaxtı elan edilmişdi. Beləliklə, Portuqaliyanın paytaxtı ölkədən minlərlə kilometr uzaqlıqda yerləşirdi. Şəhər 1822-ci ilə qədər Portuqaliyanın paytaxtı olaraq qalıb.

1921-ci ilsə Braziliyanın müstəqilliyinin yüzilliyi ərəfəsində Rioda İsa Məsihin heykəlinin inşasına başlanılır. Heykəl 9 ildən sonra 1931-ci ildə açılır. Onun uzunluğu 38 metrdir və 2007-ci ildə Dünyanın yeni möcüzəsi siyahısına daxil edilmişdir. Hazırda onun məşhurluğu Eyfel qülləsinin məşhurluğundan heç də geri qalmır.

5 mart 1979-cu ildə Rioda metro istifadəyə verilir. Hazırda şəhər metropoliteni özündə 36 stansiyanı birləşdirir. Burada futbol bütün Braziliyada olduğu kimi çox populyardır. 1950-ci ildə “Marakana” stadionunda Braziliya və Uruqvay-ın milli futbol komandaları arasında final oyunu keçirilmişdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 982
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri