Nar kimi qızarmış hinduşkanı necə bişirək?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 261
Səs ver:
(səs: 0)
Marinad etmək vacibdir
Hinduşka bişirmədən əvvəl zeytun yağı, sirkə və ya limon suyu, duz, istiot və ədviyyatlarla marinad etsəniz, daha ləzzətli olar. Bu marinadda hinduşkanı soyuducuda 1 gün saxlamağınız kifayətdir.

Otaq temperaturu əhəmiyyətli
Hinduşkanı sobaya qoymadan 1 saat əvvəl soyuducudan çıxararaq otaq temperaturuna gəlməsini təmin etməyiniz lazım.

Ləzzəti artırın
İstəyə görə ədviyyatlarla qarışdıraraq hazırlayacağınız kərə yağı xərcini ləzzət verməsi üçün dərinin altına sürtməyiniz lazımdır. Həmçinin əti bıçaqla deşib içinə biberiye, dəfnə yarpağı yerləşdirin. Bişirmədən əvvəl boşqaba yerləşdirəcəksiniz yerkökü, quru soğan, sarımsaq, kök kərəviz hinduşka ətinə ayrı bir ləzzət verəcəyini unutmayın.

Dağılmaması üçün.
Hinduşkanın ayaqlarını isti temperatura dözümlü kəndirlə çox sıx olmamaq şərti ilə bağlarsanız bişirəndə dağılmaz.

Bişərkən qurumaması üçün.
Sobaya ayrı bir kasa içərisində qoyacağınız su bişmə zamanı hinduşkanın qurumamasını təmin edəcək.

Həqiqətən yaxşı fikir deyil
Bişmə ərzində məcbur olmsaz soba qapağını açmayın. Soba qapağını hər açanda, sobada temperatur düşür ki, bu da hinduşkanın bişmə müddətini uzadır.

Bişirmə qabının böyüklüyündən əmin olun

Hinduşka bişirəcəyiniz qabın böyüklüyü əhəmiyyətlidir. Hinduşkanı qaba qoyduqda ətrafında 5 ilə 7-8 sm boşluq olsa mükəmməl bişmə keyfiyyəti tutacaqsınız.

Ağır bişirmə hinduşkaya ləzzət qatar

Hindi 160 dərəcə temperaturda uzun müddət, bişməlidirlər. 2-4,5 kq arasında hinduşkalar 2-3 saatda, 5-7,5 kqlıq hinduşkalar 3-4 saatda, 8-12,5 kq olanlar isə 4-5 saatda bişir. İstəsəniz ilk yarım saat ərzində 220 dərəcə sonra 160 dərəcə olaraq bişirməyə davam edin. Bişirmə torbası və ya alüminium folqa etməyə üstünlük edəcəksinizsə temperaturu 175 dərəcəyə qədər çıxara bilərsiz.

Son toxunuş
Hindinin üstünün yaxşı qızarması və ləzzət artırmaq üçün bişmə müddəti bitmədən 15-20 dəqiqə əvvəl 3-4 xörək qaşığı ilıq suyla incəldilmiş balı fırçayla hindinin üstünə sürə bilərsiz.

Mətbəx termometri istifadə edin
Termometr əqrəbi 75 dərəcə göstərirsə hinduşkanın bişmiş deməkdir.

İstirahət müddəti şərtdir!
Sobadan çıxan hinduşkanı alüminium folqaya bükərək təxminən 1 saat istirahət etdirin və parçalara ayırıb xidmət edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 261
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri