Döyənək və onun müalicə üsulları

Müəllif: diablo
Şərhlər: 4
Baxılıb: 1113
Səs ver:
(səs: 0)
Döyənək qalınlaşmış və sərtləşmiş dəri çıxıntısıdır. Ayağa sıx gələn, dar və iriburunlu ayaqqabılar ayaq barmaqlarını sıxışdırır, hərəkətinə mane olur.

Qadınla.Com bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a deyib: "Ayaq barmaqlarının üzərindəki dəri və dəri altındakı toxumaların təzyiqə uğraması nəticəsində döyənək inkişaf edir. Döyənəkdən qorunmaq üçün ilk növbədə ayaq barmaqlarını sıxmayan ayaqqabılar geyinmək lazımdır. Lakin ağrının mənbəyi təkcə ayaqqabılar deyil, ayaqlar da ola bilər".
O, döyənəkdən azad olmaq üçün xalq təbabətində tətbiq edilən bir neçə resepti açıqlayıb: "Dəmrovotu bitkisi ət maşınından keçirilərək şirəsi çıxarılır və balaca ətir şüşəsinə elə tökülür ki, mayenin səviyyəsi tıxacdan 2 santimetr aşağı olsun. Şüşənin ağzı möhkəm bağlanaraq 6-7 gün otaq temperaturunda saxlanılır. Qıcqırmağa başlayanda günaşırı tıxac açılaraq yığılmış qaz bayıra buraxılır. Qıcqırma qurtarandan sonra şirəni uzun müddət saxlamaq olar. Həmin üsulla saxlanılan şirə 2-3 dəqiqə ərzində döymənin üzərinə sürtülür. 3-5 dəqiqəlik fasilədən sonra şirəni təkrar çəkmək lazımdır. Prosedur sutkada 2-3 dəfə yerinə yetirilir, adətən sarğıdan istifadə edilmir.

Bir əzvay yarpağı uzununa kəsilir və döyənəyin üzərinə qoyularaq bir gecə islatma şəklində saxlanılır. Səhər döyənək bıçağın küt tərəfi ilə qaşınaraq üzərinə vazelin çəkilir. Prosedur döyənək yox olanadək davam etdirilir.
3 diş sarımsaq götürülür, üzərinə 3-4 stəkan üzüm sirkəsi tökülərək 2 həftə saxlanılır. Kiçik kətan parçasını soyuq sarımsaqlı sirkədə isladıb artığını sıxaraq parça ağrıyan yerə qoyularaq bağlanır və islatma səhərə qədər saxlanılır. Səhəri gün təzə islatma qoyulur".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1113
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6150
Xəbər sayı: 0
Cema_Axodova
Turkecaredense aptekden 1.50qep verib plastir alirsan 2gune azad edir.mende hamilelikde yaranmiwdi bilmirem niye.istifade eledim xeyrinde gordum uzun zaman kecib adinda yazardim unutmuwam
30 iyun 2020 10:50
4
p.s
Şərh sayı: 4594
Xəbər sayı: 47
fiyonik
Bunun adini ilk defe oxuyuram. Maragli geldi. Demirov bitkisini bilirem. Gerek insan diqqet elesin. Tesekkurler
29 iyun 2020 22:54
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 277
Xəbər sayı: 0
Qıvırcıq_007
Maraqlı xəbərdi.


Təşəkkür'lər Bacıcan❤
29 iyun 2020 22:00
2
Şərh sayı: 80
Xəbər sayı: 0
Shrenu parikh. .
Faydalı məlumatdı!!
Təşəkkürlər bacı
29 iyun 2020 18:12
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri