Geyimlərinizi ütüləmək heç bu qədər asan olmamışdı !

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 212
Səs ver:
(səs: 3)

 

Səhər  ütüləməklə günə gözəl başlamanın çox da yaxşı bir yolu olduğunu deyilə bilmərik. Ütülərin öhdəsindən gəlmə mövzusundakı ipuclarımızdan ilham alın, ütülənilməyi gözləyən paltar yığınlarından xilas olun!

İşinizi asanlaşdırmaq üçün

- Qırışıqlıqları aradan qaldırmaq üçün sprey məhsullardan faydalana bilərsiniz. Beləcə ütü üçün ayırdığınız zamanı azalda bilərsiniz.

- Yuma bitər bitməz paltarları maşından çıxarıb asın. Beləcə paltarların qırışmasına böyük miqdarda maneə törətmiş olarsınız. Həmdə paltaryuyan maşında qısa proqram seçməniz də qırışıqlıqları azaldacaq.

- Təmiz geyimləri quruduqdan sonra səbətdə saxlasanız paltarların daha çox qırışmasına səbəb olacaq.

- Sərt qırışıqlıqları, ütüləniləcək paltarın üzərinə nəmli bir bez qoyaraq aça bilərsiniz.

- Paltarları ütünün tələb etdiyi istilik nizamına görə qruplaşdıra bilərsiniz. Beləcə ütünün istiliyini nizamlamaq üçün vaxt itirmədən işinizi qısa müddətdə bitirə bilərsiniz.

- Ütünün paltarlar üzərində sürüşməsini təmin etmək üçün sürüşkən zəminli bir ütü masası örtüyü seçim edə bilərsiniz.

- İncə və tünd rəng parçaları, tərs çevirərək ütüləyin. Ayrıca bu tərz parçaları seçərkən doğru istiliyi seçdiyinizdən əmin olun. Bu tərz bir üsulla parçanın parıldamasına maneə törədə bilərsiniz.

Sintetik: Sintetik parçaların yanmasına maneə törətmək üçün mütləq aşağı istilik nizamında ütüləyin.

İpək: İpəkləri ütünü vurmadan əvvəl buxar ver'r'k, sonra da  soyuq ya da ilıq ütü ilə üzərindən keçərək ütüləyə bilərsiniz.

Kətan: Kətanları yüngül nəmliyk'n ütüləyə bilər ya da quruduqdan sonra üzərlərini yüngül nəmləndirərək ütüləyə bilərsiniz.

Məxmər:Məxmərləri tərs üzlərinə nəmli bir bez qoyaraq ütüləyə bilərsiniz.

Yun: Yun geyimlərin parıldamasını maneə törətmək üçün üzərlərini nəmli bir bezlə bağlayaraq ütüləyə bilərsiniz.

Ütüsüz bir parça ola bilərmi?

- Yeni geyimlər almaq üçün ütü tələb etməyən, qırışmayan parçalar seçsəniz ütü dərdindən xilas ola bilərsiniz.

- Paltarları yuyunar yuyunmaz asın. Ayrıca düymələri düymələyib, geyimin əsas şəkli nədirsə ona görə assanız geyimləriniz quruduğunda əvvəlkinə nisbətlə daha az qırışıqlıq qaldığını görəcəksiniz.

- Ütülədiyiniz geyimlər şkafda təkrardan qırışırsa duş almadan əvvəl geyiminizi duşda düz bir şəkildə asqıya asın. Duşunuzun buxarı qırışıqlıqların həll edilməsini təmin edəcək ütüləniləcəkləri azaltmanın bir başqa yoludur.

Ütü baxımı.

Sintetik bir geyimi ütülərkən yandırdınız və qopan parça ütünün altlığına yapışdı. Nə etməlisiniz?

- Əvvəlcə ütünü isti nizama gətirə bilərsiniz. Sonra qalın bir kağızla yapışan parçanı təmizləməyə çalışın. Əgər ütünün soyumasını gözləsəniz təmizləməsi çox cətin olacaq. Ütü soyuduqdan sonrasa yaş bir bezlə altlığını əlinizi yandırmadan təmizləyə bilərsiniz.

- Ütü altlığındakı çətin ləkələri ağ diş pastası və nəmli bez köməyiylə çıxara bilərsiniz.

- Buxarlı ütülər öz özlərini təmizləyə bilmədiklərindən ütü suyu ilə təmizləyə bilərsiniz.

- Əgər ütünüzü bütün baxımlarını etmənizə baxmayaraq yenə problemdən qurtara bilmirsinizsə suya bir az rəngsiz sirkə qarışdıra bilərsiniz.

 

 Tərcümə Etdi: NİGAR_CAVAD

 

 


(səs: 3)
Şərhlər: 1
Baxılıb: 7 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri