Yun koftalarınızın tüklənməsinin qarşısını alın!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 449
Səs ver:
(səs: 4)
Yeni aldığınız yun koftalarınızın tüklənməməsi üçün bir neylon torbaya qoyaraq 24 saat soyuducunun buzluğunda gözlədin. Tüklənməsinin qarşısını alar.
Məxmər Geyimlər!
Çirklənmiş tünd rəng məxmər paltar və şalvarlarınızı duzla təmizləyə bilərsiniz. Təmiz bir fırçanı təmiz və quru bir duza batıraraq geyiminizə qüvvətlə sürtün. Ləkələr gedəcək, istifadə edilməkdən doğan parlaqlıq itəcək. Ayrıca köhnəlib də parlayan şalvarlarınızdakı bu parlaqlığı aradan qaldırmaq üçün ütü bezini sirkəli suyla isladın, sonra çox isti su ilə ütüləyin. Parlaqlığın tamamilə itdiyini görəcəksiniz.
Parlayan Parçalar!
Ətək və şalvarlarınızda parlaqlıqlar meydana gəlirsə, bu qisimləri yeni kəsilmiş bir kartofla yaxşıca ovun. Quruduqdan sonra fırçalaya bilərsiniz. Parlaqlıqdan əsər-əlamət qalmaz.
Ütü Edərkən!
Ütü edərkən, ütüləyəcəyiniz köynək, ətək kimi geyimlərin altına parça, pərdə, dəsmal kimi geniş əşyalar qoysanız ikisi birdən eyni anda ütüləniləcək.
Saralan Geyimlər!
Saralmağa başlayan ağ geyimlərinizi bir qaşıq oksigenli su qatdığınız 1 litr ilıq suda 1 saat gözlədin.
Triko Yumağın Sirləri!
İstər yun, istər sintetik ipliklə tikilmiş olsun, hər hörükdə ortaq bəzi qaydalar vardır:
-Hər vaxt üçün, yalnız ilıq su istifadə edin, durulamada belə. Durulamada tez-tez dəyişdirərək bol su istifadə edin.
-Geyimləri sabunlu suya yaxşıca salın və sürtmədən nəzakətli bir şəkildə yuyun.
-Hörüklü geyimləri əsla sıxmayın. Əks halda geyimləriniz elastikliyini itirər və deforme olarlar.
-Yaş hörüklü geyimlərinizi sıxmayın, quru bir dəsmalın üzərinə qoyun. Üzərinə də ikinci bir dəsmal qoyun və dəsmalın üstünə basaraq çox suyu alın. Sonra geyiminizi, istilik qaynaqlarından uzaq bir yerə qoyun.
Hörüklüləri Ütüləyərkən!
Ən yaxşı ütüləmə metodu, geyimi altına nəmli bir bez yaymaq və üzərinə yüngül, quru bir bez qoymaqdır. Quru bezin üzərindən çox basdırmadan ütünü keçirin. İsti ütünü əsla yunun üzərinə birbaşa olaraq qoymayın. Hörüklü paltarları həmişə tərs üzündən ütüləyin.
Tüklənən Yun Koftalar!
Əgər koftalarınız köhnə bir görünüşə bürünüb, üzərində bəzən iplik çoxluqcuqları meydana gəldisə kədərlənməyin. Budur sizə yeni və yumşaq bir kofta əldə etməyin yolu: Əvvəl əlinizlə iplik çoxluqcuqlarını ayırd edin. Sonra tüklü bir fırça ilə hörmə istiqamətinin tərsində koftanızı fırçalayın. Kofta təmizləndikcə bu əməliyyatı təkrarlayın. Koftanızın yeni olduğunu görəcəksiniz.

/Mənbə: Qadınlar.biz/


(səs: 4)
Şərhlər: 3
Baxılıb: 4 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri