Qara duzun faydası

Müəllif: adsiz-a
Şərhlər: 6
Baxılıb: 2 279
Səs ver:
(səs: 2)
Qara duz-təbiətcə vulkanik və daşlı duz. Hindistanda ona Sançal və Kala Namak da deyilir. Rənginin solğun-çəhrayı olmasına  baxmayaraq ona qara duz deyilir. Hindistanda qara duz çox ucuzdur. Qara duzu alarkən saxta olmamasına diqqət yetirmək lazımdır. Yeməyə qarışması zamanı əvvəlcə qaralır bundan sonra isə rəngi açılır. Buna görədə ona qara duz deyilir.

İstifadəsi:
Qara duz ədviyyat kimi dünyanın bir çox ölkələrində geniş istifadə olunur. Onu adi  duz kimi yeməklərdə istifadə etmək olar. Qara duza Nyu-Yorkda da rast gəlmək olar.
Qədim dövrdə qara duza cümə axşamı duzu adı verilmişdir. Buna səbəb isə onun qara axşamlarda hazırlanması idi. Bu məqsədlə iri bir daş duz alır, sobada  ətirli otlar, kələm yarpaqları ilə birlikdə onu yandırırdılar. Kilsədə hazır məhsulu şirin kökələr və yumurta ilə birlikdə təqdim edirdilər. Təəssüf ki, belə duzun hazırlanma resepti demək olar ki, hamısı həmişəlik itib.
 
Qara duzun tərkibi:
Qara duz -tərkibində hidrogen sulfid olan yataqlarda hasil edilir. Ümumiyyətlə, qara duz tətbiqi sayəsində öz təbii tərkibinə görə insan üçün daha faydalıdır. Onun duzluluğu azdır. Buna görədə ondan istifadə edərkən oynaq duzundan əziyyət çəkməyəcəksiniz. Onun xassələrini soya sousu ilə də müqayisə etmək olar. Onun tərkibindəki maddələr həzmi yaxşılaşdırmağa kömək edir.
 
Spesifik iyi və dadına görə qara duz yeməkdə istifadə olunan ağ duzu əvəz edə bilməz. Bu onunla bağlıdır ki, onun tərkibində hidrogen sulfid var. Natrium xlorid isə onun tərkibində daha azdır.

Qara duzun faydasi:
Artıq qara duzun faydaları tibb sahəsində elmi cəhətdən sübut olunmuşdur. O, iştahanı gücləndirir, köpü aradan qaldırır və qəbzlikdən azad edir. Bundan başqa, o, zəhərlənmənin ağır nəticələrinin aradan qaldırılması üçün də istifadə edilmişdir. Qara duz rəyinə görə mədəni həzmedilməmiş qida qalıqlarından təmizləməyə kömək edir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 279
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri