Günorta az da olsa, yatın

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 2 814
Səs ver:
(səs: 4)
Indi insanlar günorta saatlarında yatmağa "günorta uşaqlar yatar” deyə boş yanaşır. Ya da ağır iş həyatı ilə bağlı olaraq günorta yatmağa vaxt olmur. Halbuki gün ərzində azca yatmağın diqqəti artırdığı, bacarıqları yaxşılaşdırdığı, hafizə və zəkanı inkişaf etdirdiyi deyilir. Yuxu beyin funksiyalarını və görmə bacarığını inkişaf etdirir, fiziki və ruhsal yaxşılaşmanı sürətləndirir. Öyrənilməsi çətin olan kəlmələri yaddaşda saxlamaq üçün həm gecə, həm də gündüz yuxusunun faydaları var. Araşdırma zamanı bir fincan qəhvədəki kafein ilə 60-90 dəqiqə gündüz yuxusunun fərqli hafizə testləri üzərində testi müəyyən edilib. Qəhvənin heç bir təsirinin olmadığı görülərkən, günorta yuxusunun hafizə performansını inkişaf etdirdiyi təsbit edilib. Kafein yeni məlumatların uzun müddətli hafizəyə yerləşməsini əngəlləyir. Gündüz yuxusunun iş yerində performansı artırdığı görüldüyü üçün bəzi iş yerlərində işçilərə gündüz yuxusu üçün şərait yaradılır. Kompüter istehsalçısı "HubSpot” adlı şirkətin Massaçusestdəki ofisində bir otaq məhz bunun üçün ayrılıb. Gündüz azca gözlərini yumub yuxuya getmək üçün ən ideal saatın 2 ilə 4 arasında olduğu deyilir. Səhər yuxusundan oyandıqdan 6-8 saat sonra gözləri yumub yuxu almaq ən uyğun zaman hesab olunur. Gücünüzü toplamaq istəyirsizsə, günün daha irəli saatlarında, yaradıcılığınızı artırmaq istəyirsizsə, daha erkən saatlarda azca gözlərinizi yumub yuxunuzu alın. 60-90 dəqiqə yatmaq olar. Günortadan sonra 10 dəqiqəlik yatmaq gecədən qaynaqlanan narahatçılığı aparırır. Hazırda isə insanlar üçün beyin dalğaları və göz hərəkətlərini incələyərək ən doğru zamanda insanı oyadan ağıllı yuxu maskaları icad edilib. 
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 2 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri