Oruc tutarkən susamamaq üçün

Müəllif: Fialka
Şərhlər: 11
Baxılıb: 2 757
Səs ver:
(səs: 2)
Son illərdə Ramazan ayının yay mövsümünə düşməsi oruc tutarkən su itkisi maksimum səviyyələrə çatır. Su itkisi gün ərzində yorğunluq, baş ağrısı, ağız quruluğu, kimi bir çox vəziyyətə səbəb olmaqdadır. Gün ərzində  itirmiş olduğunuz mayeni yerinə qoya bilmək və susama hissini azaltmaq üçün qidalanma rejiminizdə bir neçə dəyişiklik etməniz kafi olacaqdır.

İftardan sahura qədər ən az 8 stəkan su içməyə çalışın. Suyu bu saatlar arasında bölərək içdiyinizdə mədə spazmı və ağırlıq hissi minimuma enəcəkdir.
Tərkibində su olan tərəvəzlər ilə qidalanmağa  çalışın. Pomidor, xiyar, kahı və digər tünd yaşıl  rəngli tərəvəzlərin tərkibində bolluca su vardır. Bu tərəvəzlərlə qidalanarsınızsa, həm susamanızı azaldacaq, həm də həzm sisteminizin nizamlı işinə köməkçi olacaqlar.

Duzdan uzaq durun.
Tərkibində duz yüksək olan qidalardan uzaq durun! Zeytun, turşu, duzlu hər cür qida, qovrulmuş fıstıq və çərəzlər, cips, sosiska  şirniyyat məhsulları, çox duzlu pendirlər, kimi qıdalar ilə qidalanmayın.
Mədən suyu istehlak etməyə çalışın. Beləcə yalnız su içmiş olmayacaqsınız, günərzində tərləməklə itirmiş olduğunuz mineralları də yerinə qoymuş olacaqsınız.
Duzsuz, yaşıl nanəli ayranı seçim edin. Ayranın yüksək maye və zəngin vitamin-mineral tərkibi ilə bərabər sərinləşdirici təsiri də vardır.

Susuzluğu önləyici meyvələrə yönəlin!
Lif məzmunu yüksək şaftalı, ərik, xurma, albalı, ərik və maye tərkibi yüksək qarpız ən ideal meyvələrdir.

Ədviyyatlardan uzaq durun.
Həddindən artıq ədviyyat istifadəsi hərarəti artıracaq və su istəyini artıracaqdır. Nanə və darçın xaricindəki xüsusilə bibərli və ətirli ədviyyatlardan istifadə edilməməlidir.
Həddindən artıq şəkərli, şərbətli şirinlərdən çəkinib sadə süd şirinləri və meyvə şirniyyatlarını ara pay etməniz də bir sonrakı gün üçün sizə asanlıq təmin edəcəkdir.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 757
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri