Hansı duz növü daha faydalıdır?

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 474
Paylaş:
Səs ver:
(səs: 1)
Həddən artıq duzdan istifadə etmək təhlükəli xəstəliklərə səbəb olsa da, duzdan tamamilə imtina etmək də sağlamlıq üçün zərərlidir. Çünki duz sadəcə, yeməklərə ləzzət qatmır, həm də hüceyrələrin ömrünü uzadır, əzələlərə yaxşı təsir edir. Son dövrlərdə satışda cürbəcür duz növlərini görmək olur. Kimi süfrə duzundan istifadə edir, kimi də qaya, dəniz və ya Himalay duzundan. Bəs, görəsən, bu duz növləri hansı xüsusiyyətləri ilə fərqlənirlər? Hansı duz sağlamlıq üçün daha faydalıdır?

1. Süfrə duzu
Yeraltı duz yataqlarından əldə edilir. Bu duz saf olmur. Tərkibinə bir sıra maddələr əlavə edilir. Təbii halda tapılan duz bir sıra proseduralardan keçirildikdən sonra sodium xlorid (NaCl) halina salınaraq yodlu və yodsuz duz növləri ilə satışa çıxarılır.

2. Dəniz duzu
Okean, dəniz və göl sularından əldə edilir. Həmin sular buxarlaşdırıldıqda geridə dəniz duzu qalır. Kimyəvi proseduralara məruz qalmır. Dəniz duzu 93 müxtəlif mineral ehtiva edir. Onun tərkibində də süfrə duzundakı qədər sodium və xlorid var. Dadı və qoxusu süfrə duzundan fərqlənir. Dəniz duzunun süfrə duzundan daha faydalı olduğu düşünülür.

3. Qaya duzu
Qaya duzu da yerin altından çıxarılır. Ancaq süfrə duzundan fərqli olaraq 84 növ mineral ehtiva edir. Təmiz və saf duzdur. Sağlamlıq üçün faydalı duzlardan biridir.

4. Himalay duzu
Kristal halında tapılır. Himalay dünyadakı ən zəngin kristal duz yatağı hesab edilir. Təbiətdəki ən saf duz buradan əldə edilir. Bu duzun da tərkibində 84 növdə mineral olur.
Bu məlumatlar sübut edir ki, süfrə duzundan vaz keçib qaya duzundan və ya himalay duzundan istifadə etməliyik. Ancaq bu duzların tərkibindəki minerallar hər orqanizmə fərqli təsir göstərə bilər. Ona görə də diqqətli olmaq lazımdır. Onu da qeyd edək ki, süfrə duzundan fərqli olaraq digər duz çeşidlərinin qiyməti olduqca bahadır.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 474
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv