Arı südünün faydaları

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 114
Səs ver:
(səs: 3)
Arı südü göz, dəri, böyrək, immunitet və bir çox problemlərin şəfa mənbəyidir.

Tibbi və ətirli bitkilər üzrə mütəxəssis Sevil Gülsoy 5-10 günlük cavan işçi arıların udlaqüstü vəzilərindən ifraz olunan maddənin quruluşunun südə bənzərliyindən arı südü adını aldığını söyləyir

Arı südünün ciddi bir qida qaynağı olduğunu qeyd edən Sevil Gülsoy, südün tərkibində A, E, C, D və B qrupu vitaminlərinin olduğunu bildirib.

Arı südünün tərkibində olan A vitamini göz, dəri və böyrək problemlərinə müsbət təsir göstərir, eyni zamanda antioksidantdır. C vitamini zəruri olaraq almalı olduğumuz vitaminlər sırasındadır. Bu vitaminin bədəndəki toxumalara möhkəmlik verən kollagenin istehsalında böyük rolu var.

D vitamini isə kalsiumun sümüklərdə yığılmasını təmin edir. E vitamini sinir sisteminin, əzələlərin, endokrin vəzilərinin və  orqanların infeksiyaları üçün vacibdir. O həmçinin dərinin elastikliyini artırır.
Arıların çalışqanlığı və zəkası ilə ortaya çıxan məhsulların hamısının bir-birindən zəngin və faydalı olduğunu vurğulayan Sevil Gülsoy, bu qədər üstün bir qida qaynağı olan arı südünün hər zaman ən qiymətli qidalar içində yer alacağını söyləyib.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri