Qış çəkməsi almaq istəyirsən?

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 833
Səs ver:
(səs: 0)
Havaların soyuması, yağışların başlaması ilə 2015-2016 payız-qış ayaqqabı və botları artıq satışdadır. Bəs qış üçün ayaqqabı alarkən nələrə diqqət etməli olduğunuzu bilirsinizmi?

Ayaqqabı alarkən mütləq hər iki ayağınıza geyinib bir az hərəkət edin. Ayaqqabının üst qisminin də mütləq dəri olmasına diqqət edin.

Uzaq şərq, özəlliklə Çin mallarına xüsusi diqqət edin. Ucuzdur deyə alınan ayaqqabı sağlamlığınızdan dəyərli deyil. Bütün bədən sinirləri ayaqdan keçir və ziyanlı ayaqqabılar ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Özəlliklə qışda çəkmə geyinərkən dabankeşdən istifadə etməliyik. İstifadə etmədikcə deformasiya ola bilər.

İslanan ayaqqabını soba, ya da qızdırıcıların altında qurutmayın. Qəlibləri korlanır. Ən yaxşısı içinə qəlib qoyub öz halında qurumağını gözləməkdir.

İç astarları sintetik materialdan olanları almayın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 833
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri