Yaxşı mürəbbə bişirmək üçün bunları edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 771
Səs ver:
(səs: 1)
Mürəbbələr gözəl olması, bir müddət sonra şəkərlənməməsinə yalnız ölçülərinin yaxşı nizamlanması ilə nail olmaq olmaz.
Qaynama müddəti və mürəbbənin hazır olma vaxtını da düzgün təyin edə bilməyiniz əhəmiyyətlidir. Ayrıca seçilən meyvələr də mümkün olduğu qədər təzə və yetişmiş olmalıdır. Mürəbbələrdə qətiyyən çürük və ya zədələnmiş meyvələrdən istifadə etməyin. Meyvələr qaynadılarkən daim taxta qaşıqla, eyni istiqamətdə qarışdırılmalıdır. Ayrıca mürəbbə qaynadıqca üzərində meydana gələn köpüklərin mütəmadi olaraq yığılması vacib deyil. Bü köpükləri meyvə bişdikdən sonra hazır süzgəclər vasitəsilə də təmizləmək mümkündür. Belə etdiyiniz halda mürəbbənin şirəsinin də azalmamasını təmin etmiş olarsınız. Mürəbbələr çox köpüklənməsini istəmirsinizsə, içinə kiçik bir parça kərə yağı atın. Mürəbbə hazır olduqdan sonra, isti qablara boşaldılmalı, üzəri isə hava keçirməyən bir kağızla örtülməlidir. Bankalar işıq görməyən, çox isti olmayan havalı bir yerlərdə mühafizə edilməlidir.
Bəzi meyvələr limon əlavə edilmiş şəkərli sirop içində bişirilir. 1 kq. meyvəyə 1,5 kq. şəkər: böyüklük və sululuq dərəcəsinə görə isə 1-2 limonun suyu əlavə edilir.
Sərt meyvələr (heyva, alma, əncir və s. ) yumşalana qədər qədər su ilə bişirilir. Şəkər və limon suyu əlavə edilib, mürəbbə halına gələnə qədər qaynadılır. (Aliminum qazan istifadə edilməməlidir.)

Yumşaq meyvələr isə (vişnə, çiyələk və s.) iki şəkildə hazırlanır:
a) Siropu hazırlanıb, meyvələr içinə atılır. Limon suyu əlavə edilib hazır olana qədər qaynadılır.
b) Dərin bir qaba şəkər üstə gələcək şəkildə bir neçə qat sıra ilə meyvə və şəkər yerləşdirilib bir gecə gözlədilir. Ertəsi gün limon əlavə edilərək hazır olana gələnə qədər qaynadılır.
Bişən mürəbbə təmizlənmiş quru və ilıq qablara boşaldılır. Soyuduqdan sonra qapağı möhkəmcə bağlanılıb sərin yerdə saxlanılır.
Əgər mürəbbənizin şəkərlənməsini istəmirsinizsə, onda kərə yağıyla isladılmış kağızı bankanın ağzını bağlamamışdan əvvəl qapağın altına yerləşdirdikdən sonra qapağı bağlayın.
Meyvələrin rənginin dəyişməsini istəmirsinizsə aliminum və mis qablarda bişirməyin.
Bişirdiyiniz mürəbbə bir müddət sonra şəkərlənmişsə, onda üzərinə limon suyu sıxaraq təkrar qaynadın.
Əgər qısa bir müddətdə yeyiləcəksə, onda mürəbbəyə limon suyu əlavə etməyə ehtiyac yoxdur.
Mürəbbə soyuducuda saxlanılmaz.
Mürəbbənin hazır olmasını öyrənmək üçün bir boşqabdakı soyuq suya bir-iki damla mürəbbənin suyundan əlavə edin. Əgər mürəbbə suyunun damlaları suyla təmasa keşmədən olduğu kimi qalırsa, bu o deməkdir ki artıq mürəbbə hazırdır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri