"Gözəllik
ondur, doqquzu dondur” deyimi nə qədər aktual olsa da geyim alarkan
bizi daha çox qiymət və estetik görünüş maraqlandırır.
Elə
problem də bundadır. Çünki, keyfiyyət arxa plana keçdiyi üçün, bəzi
geyimləri geyinməklə özümüzü ağılagəlməz xəstəliklərə yoluxdururuq.
Şəhər sakini Coşqun Yaqubov: "Geyim alanda əsasən onun yaraşığına fikir verirəm, qiymətinə də hərdən bir".
Şəhər sakini Mais Quluzadə: "Əsasən görünüşünə fikir verirəm, qiymətdə bir az vacib məsələdir".
Şəhər sakini Aqşin Qurbanov: "Mən birinci növbədə görünüşünə baxıram, əynimə qəşəng otursun, ikinci isə qiymətidi".
Sorğular
da göstərir ki, insanlar geyim alarkən əvəlcə görünüş, qiymət, sonda
isə keyfiyyətlə maraqlanırlar. Amma, əslində bu sıralama əksinə
olmalıdır. Çünki, araşdırmalar göstərir ki, parçalarda mindən zox
kimyəvi maddə var. Bu maddələrin təsiri insanlarda dəri xəstəliklərinin,
eləcə də allergiyaların yaranması riskini artırır. Hətta paltarların
yuyulması belə, insanları həmin maddələrin zərərli təsirlərindən
qorumur. Ucuz qiymətə satılan bu geyimlərin çox vaxt mənşəyi də məlum
olmur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Birmənalı
olaraq Hindistan, Pakistandan gətirilən paltarlarda bu problem var . Ən
ciddi məsələlərdən biri də ki, ikinci əl paltarlarıdır, yəni istifadə
edilmiş paltarlardır. Bunlar Mərkəzi Asiya, Avropa ölkələrindən
gətirilir".
Ekspertlər
bildirir ki, geyim alarkən mütləq məhsulun uyğunluq sertifikatı tələb
edilməlidir. İlk yuyulmada rəngi çıxan paltarın istifadəsi ümumiyyətlə
məsləhət görülmür.
Həkim-dermatoloq Leyla Mirzoyeva: "Keyfiyyətsiz
boyanın tərkibindəki maddələr boyadan bizim dərimizə toksik təsir
göstərir. Bunlarla təmas zamanı qızartı, qaşınma, qabıqlama olur.
Əvvəlcə bu bilinmir. Onunla birinci dəfə təmasdan 24 saat sonra reaksiya
sulanır və bu artıq travmadır".
Lakin,belə paltarların xərçəng xəstəliyi yaratması kimi iddialar hələ ki, sübuta yetirilməyib.