Dərman istifadə etmədən baş ağrısını sakitləşdirmək mümkündür. Necə?
Gərginliklə
bağlı yaşanan baş ağrıları zamanı dincəlmək, səssizlik və stressdən
uzaq durmaq effektlidir. Bəzi araşdırmalara görə, bitki çayı içmək də
baş ağrılarını azaldır.
Zəncəfilli çay
1 parça zəncəfil
1-2 dilim limon
1 ədəd çubuq darçın
Hazırlanması:
2
stəkan suyun içinə zəncəfil və çubuq darçını əlavə edin Su qaynadıqdan
sonra altını keçirin və 5 dəqiqə dəmlənməsini gözləyin. Təzə sıxılmış
limon əlavə edərək için.
Limonlu yaşıl çay
2 çay qaşığı yaşıl çay
Bir çimdik təzə nanə
1-2 dilim limon
Hazırlanması:
1 stəkan qaynamış suyun içinə yaşıl çay, təzə nanə və limon dilimlərini əlavə edib dəmləyin. 5 dəqiqə sonra isti halda için.
Bədəni rahatladan çobanyastığı çayı
2 yemək qaşığı quru çobanyastığı
2 yemək qaşığı cökə
1 ədəd çubuq darçın
Hazırlanması:
Bütün bunları qarışdırıb qaynamış suyun içinə qoyun, 5 dəqiqə dəmləyib için.
Hamısı bir arada çay
1 yemək qaşığı yaşıl çay
1 yemək qaşığı çobanyastığı çayı
Bir parça zəncəfil
1 ədəd çubuq darçın
Hazırlanması:
Bütün bunları qarışdırıb 5 dəqiqə dəmləndikdən sonra için.
Yaşıl çay
Tərkibindəki
antioksidantlar sayəsində baş ağrısını rahatladır. Həm də həzmi
tənzimləyir, arıqlamağa yardımçı olur. Xərçəngdən də qoruyur.
Çobanyastığı çayı
Xüsusən
miqren tutmalarında ağrını azaldır. Allergiya azaldıcı təsiri ilə
bədəni xəstələnməkdən qoruyur, dincəldir və rahatladır.