Yemək qoxusuna qarşı faydalı məsləhətlər

Şərhlər: 5
Baxılıb: 2 296
Səs ver:
(səs: 1)
Qızartma yeməklər zamanı yağ qoxusunun təmizlənməsi üçün bir qaba sirkəli su tökərək 10 dəqiqə qaynadın. 
Kiçik bir qazan suya bir neçə dəfnə yarpağını atıb qaynadın və ağzıaçıq bir şəkildə soyumasını gözləyin. Bu, mətbəxdəki qoxunun aradan qaldırılmasına effektiv təsir göstərəcəkdir. 
Əgər yemək yanmışsa və mətbəxdən yanıq qoxusu gəlirsə, tavaya bir paket vanil töküb, vam odda qovura bilərsiniz. Bu, yanıq qoxusunu aradan qaldırar və ətrafa vanil ətri saçar.
Vam odda kiçik bir tavada şəkərə bir çimdik darçın əlavə edərək qovursanız, yemək qoxularından azad ola bilərsiniz.
Qaynar suyun içərisinə bir ədəd darçın çubuğu və yarım limon ataraq ağzıaçıq şəkildə dəmlənməsini gözləyin, qızarma və yağ qoxularını aradan qaldıracaqdır.
Yemək bişirərkən qaz sobasının yanında ətirli şam yandırmaq da yemək qoxusunun evə yayılmasının qarşısını alan vasitələrdəndir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 296
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri