Qoxulu şamlar xərçəngə səbəb olur

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 329
Səs ver:
(səs: 2)
Qoxulu şamların insan orqanizmi üçün zərərli olduğu açıqlanıb.
 
Dünya Sağlamlıq Təşkilatının araşdırmaları şamların xərçəngə səbəb olduğunu üzə çıxarıb. Xüsusilə də, qoxulu şamlardan yayılan tüstünün tərkibində həddən artıq qurğuşunun olduğunu bildirən mütəxəssislər insanları diqqətli olmağa səsləyiblər. Alimlərin sözlərinə görə, təhlükə, sadəcə qurğuşunla bitmir. Həmin şamların yaydığı tüstüdə, həmçinin "formaldehit” adlı kimyəvi maddə də var. Həmin maddə şam yandırılandan bir müddət sonra insanda baş ağrısına, başın hərlənməsinə səbəb olur. Mütəmadi olaraq qoxulu şamlardan istifadə etdikdə beynin mərkəzi sinir sistemi iflic olur. Formaldehit qırtlaq və burun xərçənginə səbəb ola bilir.
 
Qeyd edək ki, bundan öncə Karolina Universitetinin apardığı araşdırma qoxulu şamların ən az siqaret tüstüsü qədər zərərli olduğunu ortaya çıxarıb. Nüfuzlu jurnallardan birində yayımlanan araşdırmada qoxulu şamların astma və ekzema riskini artırmaqla yanaşı, qan, beyin, qırtlaq və ağciyər xərçənginə səbəb olduğu vurğulanıb.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 329
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri