Qoxulu şamların insan orqanizmi üçün zərərli olduğu açıqlanıb.
Dünya Sağlamlıq Təşkilatının araşdırmaları şamların xərçəngə səbəb olduğunu üzə çıxarıb. Xüsusilə
də, qoxulu şamlardan yayılan tüstünün tərkibində həddən artıq
qurğuşunun olduğunu bildirən mütəxəssislər insanları diqqətli olmağa
səsləyiblər. Alimlərin sözlərinə görə, təhlükə, sadəcə qurğuşunla
bitmir. Həmin şamların yaydığı tüstüdə, həmçinin "formaldehit” adlı
kimyəvi maddə də var. Həmin maddə şam yandırılandan bir müddət sonra
insanda baş ağrısına, başın hərlənməsinə səbəb olur. Mütəmadi olaraq
qoxulu şamlardan istifadə etdikdə beynin mərkəzi sinir sistemi iflic
olur. Formaldehit qırtlaq və burun xərçənginə səbəb ola bilir.
Qeyd
edək ki, bundan öncə Karolina Universitetinin apardığı araşdırma qoxulu
şamların ən az siqaret tüstüsü qədər zərərli olduğunu ortaya çıxarıb.
Nüfuzlu jurnallardan birində yayımlanan araşdırmada qoxulu şamların
astma və ekzema riskini artırmaqla yanaşı, qan, beyin, qırtlaq və
ağciyər xərçənginə səbəb olduğu vurğulanıb.