Diş daşlarını aradan qaldıran möcüzəvi resept

Müəllif: Fialka
Şərhlər: 11
Baxılıb: 2 779
Səs ver:
(səs: 2)
Qəhvəyi və ya sarı diş daşlarını ev şəraitində də yox etmək olar.
 
Diş daşı çox yayılmış problemdir və müasir stomatologiya bunun aradan qaldırılması üçün bir çox üsullar təklif edir. Lakin bu problemi cibinizə qənaət etməklə ev şəraitində də yox edə bilərsiniz.
 
Ağız boşluğunun xüsusi gigiyenası çox vacibdir. Əgər dişlərə vaxtında qulluq göstərilməsə, diş ərpi, iltihabi xəstəlik, periodontit infeksiyası inkişaf edə bilər. Periodontit infeksiyası zamanı diş nahiyəsində kəskin ağrılar olur, dişə toxunduqda bu ağrılar bir az da artır. Həmçinin, dodaq və yanaqlar şişir, damaq böyüyür, diş tərpənir. Bəzən damaqda, içindən irin çıxan dəlik aşkar olunur. Xoşbəxtlikdən, bu dəhşətli xəstəliyin profilaktikası üçün təbii vasitə mövcuddur!
 
İnqrediyentlər:
40 qram qoz qabığı
1 stəkan su
 
Hazırlanması:
Qoz qabığını 20 dəqiqə ərzində suda qaynadın. Qarışığı süzüb soyumasını gözləyin. 10 dəqiqə diş fırçasını qoz həlimində isladıb dişləri diqqətlə təmizləyin. Bu proseduru diş daşı gedənə qədər gündə 3 dəfə təkrar etmək olar.
 
Nəticəni artıq 2 həftə sonra görəcəksiniz! Ən güclü antibakterial sayılan qoz qabığı mina səthini təmizləməyə kömək edir. Bu prosedur qan axması, damaq xəstəliyindən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Belə ki, o, iltihabı sürətlə yox edir.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri