Göz gimnastikası - görmənin yaxşılaşması üçün 7 hərəkət

Müəllif: guler19
Şərhlər: 5
Baxılıb: 501
Paylaş:
Səs ver:
(səs: 1)


Eynək və ya kontakt linzalarla artıq kimsəni təəccübləndirmək mümkün deyil. 

Əksinə, 100%-lik görmə qabiliyyətinə malik insanlar demək olar ki istisna halına gəlməyə başlayır. Alimlər görmənin bərpası üzrə yeni metodlar axtarırlar. Lakin gözlər üçün gimnastika adlanan bəzi məşq hərəkətləri var ki, onların köməyilə görmənin yaxşılaşdırılmasına nail olmaq olaq. Hər ofis işçisinin bilməli olduğu bu məşqləri nəinki evdə, iş yerində də etmək mümkündür. 

Beləliklə, görmə qabiliyyətinin korreksiyası və dəstəklənməsi üçün 7 effektiv məşq hərəkəti: 

1-ci məşq. Kəpənək
1-2 dəqiqə ərzində yüngül və tez-tez gözlərinizi qırpın. Kirpiklərin sürətli hərəkəti kəpənəyin çırpınması, cırcıramanın və ya arının uçmasına bənzəməlidir. Bu effektiv hərəkət qan dövranını yaxşılaşdırır və göz əzələlərini rahatladır. 

2-ci məşq. Şüşədə nöqtə
Plastilindən kiçik bir top düzəldin və onu şüşəyə yapışdırın. Hər hansı güc sərf etmədən topun aydın göründüyü məsafəyə çəkilin. Pəncərədən kənarda uzaq bir obyekt seçin, bir neçə saniyə uzağa baxın, sonra nəzərinizi şüşəyə yapışdırdığınız topa yönəldin. Müntəzəm olaraq bu hərəkəti etsəniz, uzaqdakı obyekt dumanlı deyil, daha aydın görünməyə başlayacaq ki, bu da görmənin yaxşılaşmasını ifadə edir. 

3-cü məşq. Gözbağlama
Düz əyləşin və maksimal dərəcədə rahatlamağa çalışın (əsas olan iş yerində yuxuya getməyin). Gözlərinizi 5-10 saniyəlik möhkəm bağlayın, sonra geniş açın. Bu hərəkəti 8-10 dəfə təkrar edin. Belə məşq gözüstü (göz qapaqları) əzələləri gücləndirir, qan dövranının yaxşılaşdırır, göz əzələlərinin rahatlamasını təmin edir. 

4-cü məşq. Masaj
Münasib mövqe seçin. Hər əlin üç barmağı ilə 1-2 saniyə ərzində yuxarı göz qapaqlarına yüngül təzyiq edin. Bu hərəkəti 3-5 dəfə təkrar edin. Belə masaj gözdaxili mayenin sirkulyasiyasını (dövranını) yaxşılaşdırır. 

5-ci məşq. Hidromasaj
Səhər və axşam su prosedurları üçün vaxt ayırın. Səhər gözlərinizi əvvəl çox isti su ilə (maksimal dərəcədə rahat), sonra isə soyuq su ilə yuyun. Yuxudan əvvəl presuduru əks formada edin: gözləri əvvəl soyuq, sonra isti su ilə yuyun. 

6-cı məşq. Palminq
Əgər gözlərinizin yorulduğunu hiss edirsinizsə, onları bir neçə dəqiqəlik qapayın və xoş nəyisə xəyal etməyə çalışın. Həmçinin gözlər üçün palminq də gözlərdəki gərginliyi aradan qaldırmağa kömək edir. Bunun üçün bir neçə saniyə ərzində ovuclarınızı bir-birinə sürtün və isti ovuclarınızla gözlərinizi örtün. Hər iki əlin barmaqlarının alnın ortasında çarpazlaşmasına diqqət edin. Bu məşqin effekti dərhal özünü göstərir. 

7-ci məşq. Gözlərlə atəşaçma (başı düz tutun)
• maksimal dərəcədə yuxarı baxın (tavana və ya səmaya, göyə), sonra maksimal dərəcədə yerə (ayaqlarınızın altına) baxın; 

• gözlərinizlə yavaş sürətlə saat əqrəbi istiqamətində və əksinə dairə çəkin; 

• gözlərinizlə diaqonallar çəkin (baxışlarınızı maksimal dərəcədə yanlara yönləndirməklə); 

• maksimal dərəcədə böyük amplituda ilə gözlərinizlə kvadrat çəkin; 

• qövs boyunca kvadrat çəkin (maksimal dərəcədə qabarıq və çökək); 

• baxışlarınızla böyük romb çəkin; 

• sonra maksimal dərəcədə böyük bantlar çəkin; 

• S hərfini çəkin (şaquli və üfüqi vəziyyətdə); 

• gözlərinizlə şaquli qövslər çəkin (saat əqrəbi istiqaməətində və əksinə); 

• baxışlarınızı xəyali kvadrat diaqonalları üzərində bir küncdən digərinə yönləndirin; 

• baxışlarınızı burnunuzun ucunda cəmləşdirin (bu, barmağı buruna yaxınlaşdırdıqda daha yaxşı alınır); 

• 1-ci məşqdəki kimi, tez-tez göz qapaqlarınızı qırpın (açıb-yumun). Bu, etdiyiniz bu tip kiçik məşqdən sonra göz əzələlərini maksimal dərəcədə rahatlatmağa yardım edir. 

Əgər kompyuter arxasında işləyirsinizsə, bu məşqlər kompleksi sizə nəinki gözlərinizdəki yorğunluğu aradan qaldırmağa, həmçinin görmə qabiliyyətini də korrektə etməyə (düzəltməyə) kömək edəcək.

loading...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 501
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli melumat oldu
10 aprel 2016 20:46
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Black_Star
^^Bu haqda melumatim vardi ama heqiqeten tesir edir 01
10 aprel 2016 19:22
4
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
Online
BARBI
Goz gimnastikasi etmirem. Komoyuter qarsisinda isleyirem. Mutleq edilmeli olan hereketlerdir
10 aprel 2016 19:13
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
sizin 1205
Teşekkur.......
10 aprel 2016 18:09
2
L
Offline
Arzum_Melek
menim bu haqda melumatim var idi..! Tewekkurler
10 aprel 2016 17:38
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv