1. Optimist olun: Optimist olmaq yaşamağın yüzdə əlli faiz uzanmasına səbəb olur.
2.
Çox yatmayın: Gün ərzində çox yatmağı sevirsinizsə,bundan təcili imtina
edin. Çünki araşdırmalar nəticəsində məlum olmuşdur ki,çox yatmaq insan
ömrünü qısaldır.Ancaq az yatmaqdan da qaçmalısınız.Əgər 4 saat və 4
saatdan az yatırsınızsa,bu artıq erkən ölümün çox yaxında olduğuna
işarədir.Ən ideal yuxu saatı 6 ya da 7 saat olmalıdır.
3.
Heyvan sahibi olun: Heyvan sahibi olanların olmayanlara nisbətən yüzdə
12 % daha uzun bir həyata sahib olduqları ortaya çıxdı. Xüsusilə də
itlərə sahib olanlar. Heyvanlar insanların bədbəxtliyini,kefsizliyini
azaldır.Eyni zamanda insanı özünü tənha hissetməsindən uzaqlaşdırır.
4.
Tez-tez müayinə olunun: Bu,həm sizin sağlamlığınızın təminatçısıdır,həm
də gələcəkdə yarana biləcək ciddi xəstəliklərin qarşısının alınmasına
kömək edir.
5.
Strestdən uzaq bir həyat: Çox stresli həyata sahib olanların 55 yaşına
gəldiyində infarkt keçirməsi, az stresli həyat yaşayanlarla müqayisədə 6
qat çoxdur.Bu səbəbdən də stresi həyatınızdan çıxardın.
6. Su için: Günə iki stəkan su içərək başlayın.Gün boyunca 2- 2,5 litrə qədər su içməyiniz məsləhətlidir.
7. Uşaqlar üçün südü,böyüklər üçün isə qatığı süfrənizdən əskik etməyin.
8. Xəstə olmadığınız halda belə,şəfalı bitkilərdən istifadə edərək immun sisteminizi gücləndirin.
9.
İldə 4 dəfə,15 gün ət yeməməyə çalışın.Bununla həm zamansız
qocalmağınızın,həm də daha uzun ömürlü yaşamağınızın keşiyində dayanmış
olacaqsınız.
10. Gülməyi əsla unutmayın.Ruhunuzun ən gözəl dərmanı odur.
11. İmkan etdikcə ayaqyalın halda bir neçə dəqiqə torpaq üzərində addımlayın.Bütün uğursuzluqlarınız torpağa keçəcəkdir.
12
.Hər gün 5 dəqiqə gözlərinizi yumaraq heç bir şey düşünməməyi
öyrənin.Bu sizə,sanki sizin yenidən anadan olduğunuzu hiss elətdirəcək.
13. Çalışın bədəninizi çox üşüməkdən qoruyasınız.
14.Səhər
yeməyinizin mütləq yeyilməsi,günorta yeməyinizin bir az yeyilməsi,axşam
yeməyinizin isə heç yeyilməməsi məsləhət görülür.
15.Daim
hərəkətdə olun,idman edin,bədəninizin süstlənməsinə şərait
yaratmayın.Həyata olan yaşamaq həvəsiniz,arzularınız məhv olar.
16. Gün ərzində yeyilən bir almanın həyatınızda ,cildinizdə,sağlamlığınızda böyük möcüzələr yaratdığından əmin olun.